Kim Kardashian Tesla-nın yeni robotu ilə video paylaşıb!
Digər
20.11.2024
Farid Pardashunas
Kim Kardashian, Tesla-nın yeni Optimus robotu ilə olan videosunu sosial media hesabında paylaşıb.
Videoda Tesla-nın insanabənzər robotu Optimus, Kardashian-ın hərəkətlərinə reaksiya verməsi ilə diqqət çəkir. Bu paylaşım çox qısa müddətdə 8 milyon baxış sayı toplayıb, sosial media istifadəçiləri isə bu mövzu üzərində müzakirələr aparmaqdan çəkinməyiblər. Kardashian-ın X-dəki paylaşımında robotla qarşılıqlı əl salladığı və birlikdə əl ilə ürək işarəsi tutduqları görülür. Bununla yanaşı, məşhur amerikalı televiziya ulduzunun Optimus ilə bağlı paylaşımları bununla məhdudlaşmayıb. O, bir neçə Instagram hekayəsində də Optimus ilə “daş-kağız-qayçı” oynadığı anları paylaşaraq izləyiciləri ilə bölüşüb. Amma robot bu oyunda çox da sürətli deyil.
Başqa bir videoda isə Optimus, Kardashian-ı təəccübləndirərək onun əl hərəkətləri ilə yaratdığı ürək işarəsini tamamlamağı bacarıb. Bu zaman Kardashian-ın "bunu necə edəcəyini bilirsən" dediyi eşidilib. Optimus-un həmçinin rəqs edə bildiyi və bəzi rəqs hərəkətləri göstərdiyi də videolarda görünür. Tesla-nın insanabənzər robotu Optimus-un qiyməti 20-30 min dollar arasında dəyişir. Kardashian-ın bu paylaşımlarının Optimus-un daha da populyarlaşmasına və geniş kütlələr tərəfindən tanınmasına kömək edəcəyi isə demək olar ki, dəqiqdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google və Apple şirkətlərinin məcbur edəcəkləri təqdirdə Tesla öz smartfonunu hazırlaya bilər
Google və Apple şirkətlərinin məcbur edəcəkləri təqdirdə Tesla öz smartfonunu hazırlaya bilər
Elon Musk bildirib ki, Tesla şirkəti Apple və Google şirkətlərinin tətbiqlərdə senzuranı tətbiq etmədikləri və ciddi nəzarətçilər rolunda çıxış etmədikləri müddətcə smartfon hazırlamaq ideyasından kənarda duracaq.
Tesla Cybertruck, Meksikada təhvil verilməyə başlandıqdan bir neçə gün sonra qəza hadisələrində görüntülənib!
Tesla Cybertruck, Meksikada təhvil verilməyə başlandıqdan bir neçə gün sonra qəza hadisələrində görüntülənib!
Tesla Cybertruck, Meksikada təhvil verilməyə başladıqdan sonra qəzalarla üzləşməyə başlayıb.
Elon Musk: "Optimus robotu Tesla-nın bazar dəyərini 25 trilyon dollara yüksəldəcək"
Elon Musk: "Optimus robotu Tesla-nın bazar dəyərini 25 trilyon dollara yüksəldəcək"
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş 8-ci Future Investment Initiative konfransında çıxışı zamanı Elon Musk bildirib ki, 2040-cı ilə qədər dünyada qiyməti 20 000-25 000$ təşkil edəcək 10 milyard ədəd insanabənzər robot olacaq.
Tesla Cybercab-ın yeni fotoları ortaya çıxıb
Tesla Cybercab-ın yeni fotoları ortaya çıxıb
Tesla şirkəti bir neçə müddət bundan öncə pilotsuz taksi nəqliyyatı olan Tesla Cybercab-ı təqdim etmişdi.
"I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
"I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
"I, Robot" filminin rejissoru Alex Proyas, Tesla-nın bu həftə təqdim etdiyi sürücüsüz avtomobilləri öz filmindəki avtomobillərlə müqayisə edərək Elon Mask-ı onun dizaynlarını oğurlamaqda ittiham edib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!