main-post-cover

    "Kontakt" Bakıxanovda ən böyük mağazasını Aygün Kazımova ilə açdı!

    Digər
    13.06.2024
    Emil Nəcəfov
         Bakıxanov bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə Bakıxanovda ən böyük və yeni mağazasının qapılarını müştərilərə açdı. Alış-veriş sevərlərin həyəcanla gözlədiyi bu açılış mərasimi əyləncəli anlar və hədiyyəli sürprizlərlə yadda qalan oldu.
         Günün əsas hadisələrindən biri də Xalq artisti Aygün Kazımovanın möhtəşəm çıxışı oldu. Sevilən mahnıları ilə tədbiri canlandıran Kazımova, möhtəşəm səhnə performansı ilə gecəyə xüsusi rəng qatdı.
    RAHAT MAĞAZA, GENİŞ İSTİFADƏ İMKANLARI 
         Bakıxanovun mərkəzində, tam beş mərtəbədən ibarət olan bu yeni mağazada rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlar, mebel, ev tekstilinə aid 30000-dən çox məhsul çeşidi təqdim edilir. Ümumilikdə 3880 m2 sahədə xidmət göstərən mağazada sizə lazım olan hər şeyi asanlıqla tapa biləcəksiniz. 
         Bu böyük və rahat alış-veriş məkanında alış-veriş zamanı bir fincan isti qəhvə içərək dincəlmək istəyənlər üçün “Delonghi” brendinin “Kofe Zonası” yaradılıb. Üstəlik, müştərilər kassa əməliyyatlarını gözləyərkən limitsiz “WiFi” xidmətindən də istifadə edə bilərlər. 
         Bunlarla yanaşı, elektromobili olan dostlarınıza xəbər edin. “Kontakt”ın Bakıxanov mağazasının parkinq dayanacağında elektromobilləri bir ay ərzində pulsuz şarj etmək imkanı var. Şəbəkə bu addımı ilə həm müştərilər üçün rahatlıq yaradır, həm də ətraf mühitin qorunmasına töhfə verir.
    AÇILIŞA ÖZƏL XÜSUSİ FÜRSƏTLƏR: 60%-DƏK ENDİRİM
         Bakıxanovdakı yeni mağaza alış-verişin rahatlığını başqa bir səviyyəyə çıxarır. Yeni mağazanın açılışına xüsusi olaraq, “Kontakt” bütün məhsullarda nağd alışda 60%-ə qədər endirimlər təklif edir. Bu endirim kampaniyası iyunun 19-dək sevimli əşyalarınızı daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.
         Əlavə olaraq, faizsiz, komissiyasız və ilkin ödənişsiz hissəli alış imkanları ilə müştərilər smartfon, notbuk, smart saat, qulaqlıqları, televizor, məişət texnikaları, qab-qacaq və ev tekstilini 18 aya; mebelleri isə düz 24 aya bölərək rahat-rahat ödəyə bilərlər. Bu, həm büdcənizə uyğun alış-veriş, həm də arzuladıqlarınıza dərhal sahib olmaq deməkdir.
         Üstəlik, burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.
    Misal üçün:
         Hələ çox danışılacaq açılış tədbiri bitsə də, “Kontakt” mağazasının Bakıxanov stansiyası mağazası müştərilərinə yüksək səviyyədə xidmət davam edəcək. Bu gümlərdə mağazaya baş çəkərək açılışa özəl məhdud endirimlərdən yararlanmağı unutmayın!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "Kontakt" mağazalar şəbəkəsi "Bakı Sürət Festivalı"nın qalibi oldu.
    kontakt-magazalar-sebekesi-baki-suret-festivalinin-qalibi-oldu
    “Kontakt” ilə “Div Academy” çoxşaxəli təqaüd proqramı elan edir! – QEYDİYYAT ARTIQ BAŞLAYIB
    kontakt-ile-div-academy-coxsaxeli-teqaud-proqrami-elan-edir-qeydiyyat-artiq-baslayib
    “Kontakt”da Uşaqlar Gününə özəl kampaniya başlayır: ENDİRİMLİ QİYMƏTİ 6 AYA BÖL
    kontaktda-usaqlar-gunune-ozel-kampaniya-baslayir-endirimli-qiymeti-6-aya-bol
    “Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: YALNIZ 1 GÜN
    kontaktin-axsam-bazarinda-60-dek-endirimler-olacaq-yalniz-1-gun
    “Kontakt” daha bir yeniliyə imza atır – 2 SAATA QAPINDA XİDMƏTİ
    kontakt-daha-bir-yeniliye-imza-atir-2-saata-qapinda-xidmeti