main-post-cover

    “Kontakt” daha bir yeniliyə imza atır – 2 SAATA QAPINDA XİDMƏTİ

    Digər
    29.05.2024
    Emil Nəcəfov
         Missiyası sevinc daşımaq olan “Kontakt” mağazalar şəbəkəsi “2 saata qapında” adlı yeni xidməti ilə sözün əsl mənasında sevincinizi düz qapınıza kimi çatdırmağa başlayır. 
         Belə ki, artıq onlayn smartfon sifarişlərinizin gəlməsini bir neçə gün gözləmək lazım deyil. Şəbəkənin heç yerdə görülməmiş bu xidmətinə əsasən, onlayn sifarişdə istənilən növ smartfon və klassik düyməli telefonlar heç bir əlavə ödəniş olmadan 2 saata qapınıza çatdırılır. Üstəlik, smart-saat, qulaqlıq, adapter kimi digər rəqəmsal məhsulları da smartfonlarla birlikdə əldə etmək mümkündür.
         Bəli, düz başa düşdünüz! Mağazaya gəlmədən, sifarişləri günlərlə qapıda gözləmədən smartfon sahibi ola bilirsiniz. Əgər siz Bakı şəhəri ərazisində yaşayırsınızsa, onda sadəcə: 
    • saat 09:00-dan 18:00-dək “kontakt.az” saytında smartfon sifarişinizi rəsmiləşdirib, təsdiqləyirsiniz; 
    • pulsuz çatdırılma ilə 2 saat sonra qapınızdan təhvil alırsınız. 
         Qeyd edək ki, bu xidmətdən istifadə edərkən heç bir ödəniş məhdudiyyəti də yoxdur. Məhsulun ödənişini həm nağd, həm hissəli, həm də taksit kartları ilə edə bilirsiniz. 
         Bu unikal xidmət barədə daha ətraflı məlumatı buradan əldə etmək mümkündür. 
         Elə isə, daha gözünüz yolda qalmasın. Xəyalınızdakı smartfon və digər kiçik rəqəmsal avadanlıqlar sizə 2 saatlıq məsafədədir! Geri sayım başladı! 02:00... 01:59...01:58...
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Kontakt”da Müstəqillik Gününə özəl “El bilir ki” kampaniyası başladı
    kontaktda-musteqillik-gunune-ozel-el-bilir-ki-kampaniyasi-basladi
    Aygün Kazımova “Kontakt” mağazasının açılışında çıxış edəcək – TARİX AÇIQLANDI
    aygun-kazimova-kontakt-magazasinin-acilisinda-cixis-edecek-tarix-aciqlandi
    Masazır qəsəbəsində ilk “Kontakt” həyəcanı - MAYIN 19-DƏK MEQA ENDİRİMLƏR
    masazir-qesebesinde-ilk-kontakt-heyecani-mayin-19-dek-meqa-endirimler
    “Kontakt”dan “Endirim marafonu” kampaniyası: hər növ məhsula 50%-DƏK ENDİRİMLƏR!
    kontaktdan-endirim-marafonu-kampaniyasi-her-nov-mehsula-50-dek-endirimler
    “Kontakt”ın ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazası yeniləndi – 60%-DƏK ENDİRİMLƏR
    kontaktin-en-boyuk-magazalarindan-olan-azadliq-metrosu-magazasi-yenilendi-60-dek-endirimler