“Kontakt” eksklüziv olaraq “iPhone” abunəliyi təklif edir.
Digər
26.09.2024
Emil Nəcəfov
Texnologiya həvəskarlarını daim yeniliklərlə sevindirən “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda növbəti bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq “iPhone” abunəliyi istifadəyə verildi!
Belə ki, şəbəkənin eksklüziv “iPhone” abunəlik xidməti sayəsində artıq hər il ən son “iPhone” modelinə xüsusi güzəştlərlə sahib olmaq mümkündür. Bu abunəlik ilə həm də hər il dəyişən modellər, yeni texnoloji xüsusiyyətlər və ən müasir dizayn daim sizinlə olacaq.
“iPHONE” ABUNƏLİYİ İLƏ ƏN SƏRFƏLİ “iPHONE” SİZDƏ!
“Kontakt”ın təqdim etdiyi “iPhone” abunəliyi ilə “iPhone”16 modelləri sadəcə ayda 147 manatdan başlayan qiymətə təklif olunur. Hətta, bugündən – sentyabrın 26-dan başlayaraq öncədən sifariş imkanınız da var. Bununla da, yeni “iPhone” 16 modeli satışa çıxan kimi heç bir gözləmə, risk olmadan ilk sahibi siz ola biləcəksiniz. Xidmətin başqa bir maraqlı tərəfi isə odur ki, yalnız abunəçilərə özəl olaraq növbəti il yeni “iPhone” smartfonu satışa çıxan kimi köhnə modeli təqdim edərək yenisinə rahatlıqla dəyişmək mümkündür. Bunun üçün əvvəlki modelin 12 aylıq ödənişini etmiş olmaq kifayətdir.
“iPhone” abunəliyinin əsas üstünlüklərindən biri də ilkin ödənişsiz olmaqla 24 aylıq hissə-hissə ödəniş imkanıdır. Bu o deməkdir ki, ən son texnologiyanı birdəfəlik böyük məbləğ ödəmədən, aylıq kiçik ödənişlərlə əldə edə bilərsiniz. Bu rahat şərtlər və abunəlik ilə indi hər kəs iPhone sahibi ola bilər,
Abunəlik çərçivəsində təqdim edilən qızıl zəmanət sayəsində də cihazınız hər zaman texniki cəhətdən zəmanət altında olacaq. İstənilən problem halında zəmanətiniz “iPhone”unuzun texniki təhlükəsizliyi təmin edilir, siz isə rahatlıqla qaldığınız yerdən davam edirsiniz.
Artıq köhnə “iPhone”unuz sizə dərd yox, yeni texnologiyaya keçid üçün yardımçı olacaq. Çünki abunəliyə trade-in xidməti də daxildir. Belə ki, köhnə “iPhone” smartfonunuzu təqdim etməklə onun cari vəziyyətinin dəyəri qədər endirimlə yeni model “iPhone” sahibi ola bilərsiniz.
Odur ki, “Kontakt”ın bu eksklüziv xidməti ilə texnologiyanın nəbzini ilk siz tutacaq, ən son yenilikləri ilk siz hiss edəcəksiniz. Azərbaycanda bir ilk olan bu “iPhone” abunəliyi ilə sərfəli və rahat anları bir arada yaşaya bilərsiniz.
Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Qlobal zəmanətli, orijinal və rəsmi bütün “Apple” məhsullarını, eləcə də bu ilin çox gözlənilən “iPhone” 16 modelləri oktyabrın 4-dən etibarən “Kontakt” mağazalarından və kontakt.az saytından əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI
Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çıxış etməyə hazırlaşır. Pop musiqinin divası bu dəfə final tədbirinin bütün məlumatlarını özü açıqlayıb.
“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir
“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir
Ölkənin ən böyük elektronika mağazalar şəbəkəsindən biri olan “Kontakt” texniki xidmət sahəsində etibarlı bir tərəfdaş seçib. Belə ki, şəbəkə müştərilərinin rahatlığını düşünərək “Reset” servis mərkəzi ilə birgə çalışır.
“Kontakt”ın “Şeş-Qoşa”sında tam 262 587 manat udulub: SEA BREEZE-DƏN MƏNZİL QAZANMAK İMKANI!
“Kontakt”ın “Şeş-Qoşa”sında tam 262 587 manat udulub: SEA BREEZE-DƏN MƏNZİL QAZANMAK İMKANI!
“Kontakt” mağazalar şəbəkəsinin avtomobill və mənzil uduşlu “Şeş-Qoşa” sında uduş məbləği və finalçıların sayı hər keçən gün daha da artır. Belə ki, bu kampaniya sadə bir alış-veriş üçün “Kontakt”a üz tutan minlərlə müştəriyə indiyə qədər 262 587 manat dəyərində məbləği geri qazandırıb.
“Kontakt”ın “Şeş-Qoşa”sında tam 218 406 manat udulub: ŞEŞ-QOŞA AT, SEA BREEZE-DƏN MƏNZİL APAR!
“Kontakt”ın “Şeş-Qoşa”sında tam 218 406 manat udulub: ŞEŞ-QOŞA AT, SEA BREEZE-DƏN MƏNZİL APAR!
“Kontakt” mağazalar şəbəkəsinin mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasında uduş məbləği dayanmadan artır. Belə ki, kampaniyadan yararlanan müştərilər indiyədək tam 218 406 manatlıq məbləği geri qazana bilib.
“Kontakt” yeni dərs ilinə özəl “Gecikmə” kampaniyasını elan edib: 24 AYADƏK FAİZSİZ ŞƏRTLƏR, MƏNZİL QAZANMA İMKANI
“Kontakt” yeni dərs ilinə özəl “Gecikmə” kampaniyasını elan edib: 24 AYADƏK FAİZSİZ ŞƏRTLƏR, MƏNZİL QAZANMA İMKANI
“Kontakt” mağazalar şəbəkəsi yeni dərs ilinin başlamasına özəl bütün sərfəli imkanları özündə birləşdirən kampaniyaya start verdi.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!