Logo
    main-post-cover

    "Kontakt" mağazalar şəbəkəsi "Bakı Sürət Festivalı"nın qalibi oldu.

    Digər
    11.06.2024
    Emil
         Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi. Azərbaycan avtomobil idmanı tarixinə yeni bir səhifə yazan bu festivalda "Kontakt" mağazalar şəbəkəsi qalib oldu.
         Bakı şəhərinin mərkəzi küçələrində keçirilən festivalda yerli və beynəlxalq sürət həvəskarları bir araya gəldi. Festival çərçivəsində bir çox maraqlı tədbirlər və yarışlar keçirildi, bunlar arasında ən diqqət çəkəni isə adrenalin dolu “Legend Cars Challenge Baku” yarışı idi.
         Dünyanın dörd bir yanından çoxsaylı pərəstişkarları cəlb edən, dinamik yürüşləri ilə tanınan bu yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. “Legend Cars Challenge Baku” yarışının qalibi “Kontakt” komandası olub. 
         Qeyd edək ki, yarış xüsusi quraşdırılmış trasda maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. 
         Sonda isə, təşkilatçılar "Kontakt" komandasını qalibiyyət münasibətilə təbrik edib, mükafat təqdim etdilər.  Bununla da, bir çox yerli şirkətin iştirak etdiyi bu yarışda qalib olan “Kontakt” mağazalar şəbəkəsi ölkədə avtomobil idmanının inkişafını dəstəklədiyini bir daha göstərdi.
     
    Paylaş
    Bənzər xəbərlər
    kontakt-ile-div-academy-coxsaxeli-teqaud-proqrami-elan-edir-qeydiyyat-artiq-baslayib
    Digər

    “Kontakt” ilə “Div Academy” çoxşaxəli təqaüd proqramı elan edir! – QEYDİYYAT ARTIQ BAŞLAYIB

    Bir çox sosial layihələrə tərəfdaş olan “Kontakt” bu dəfə ölkənin seçilən tədris mərkəzi olan “DİV Academy” ilə birgə “Gələcəyi Yazanlar” təqaüd proqramına start verib!
    kontaktda-usaqlar-gunune-ozel-kampaniya-baslayir-endirimli-qiymeti-6-aya-bol
    Digər

    “Kontakt”da Uşaqlar Gününə özəl kampaniya başlayır: ENDİRİMLİ QİYMƏTİ 6 AYA BÖL

    Bu yaz “Kontakt” mağazalar şəbəkəsi ard-arda yüksək endirimli kampaniyaları əsl şənlik yaradır! Şəbəkə indi də “Oyuna davam” kampaniyası ilə 50%-dək endirimlər və 24 ayadək hissəli ödəniş şərtləri təklif edilir.
    kontaktin-axsam-bazarinda-60-dek-endirimler-olacaq-yalniz-1-gun
    Digər

    “Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: YALNIZ 1 GÜN

    “Kontakt” mağazalarında bir axşam olur ki, bütün qiymətlər kökündən dəyişir. Şəbəkənin çoxdandır gözlənən bu meqaendirimli “Axşam Bazarı” kampaniyası mayın 31-i düz 10 mağazada təşkil olunacaq.
    kontakt-daha-bir-yeniliye-imza-atir-2-saata-qapinda-xidmeti
    Digər

    “Kontakt” daha bir yeniliyə imza atır – 2 SAATA QAPINDA XİDMƏTİ

    Missiyası sevinc daşımaq olan “Kontakt” mağazalar şəbəkəsi “2 saata qapında” adlı yeni xidməti ilə sözün əsl mənasında sevincinizi düz qapınıza kimi çatdırmağa başlayır.
    kontaktda-musteqillik-gunune-ozel-el-bilir-ki-kampaniyasi-basladi
    Digər

    “Kontakt”da Müstəqillik Gününə özəl “El bilir ki” kampaniyası başladı

    Ölkə sakinlərinin sevimli alış-veriş ünvanı olan “Kontakt” “Müstəqillik Günü”nü yüksək endirimli “El bilir ki” kampaniyası ilə qeyd edir.