Logo
    main-post-cover

    “Kontakt” şəhid ailələri üçün 100% təqaüdlü təhsil imkanı yaradır

    Digər
    21.06.2024
    Emil
         "Kontakt" mağazalar şəbəkəsi "Qarabağ Proqramı" çərçivəsində şəhid ailələrinə ödənişsiz təhsil verməyə başlayır. Bu təhsil proqramı sayəsində şəhid ailəsi üzvləri ən müasir ixtisaslar üzrə tam təqaüdlə təhsil almaq imkanı əldə edirlər. 
         Belə ki, “Div Academy”nin təşkilatçısı olduğu “Gələcəyi Yazanlar” təhsil proqramında “Kontakt” tam 20 nəfər şəhid ailəsi üzvünün bütün təhsil xərclərini qarşılayacaq. Bu möhtəşəm imkan nəticəsində proqrama müraciət edən şəhid övladları, bacıları, qardaşları yaşından asılı olmayaraq 100% təqaüdlə təhsil alacaq. 
         Adıçəkilən təqaüd proqramında müasir dövrün ən tələb olunan 4 sahəsi - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunacaq. Seçilmiş ixtisasdan asılı olaraq ortalama 6 aylıq müddəti əhatə edən dərslər ixtisaslaşmış mütəxəssislər tərəfindən keçiriləcək.
         Proqramla maraqlanan qəhrəman şəhidlərimizin ailə üzvləri iyun ayının 30-dək bu keçiddən istifadə edərək qeydiyyatı tamamlaya bilərlər. 
         Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” adı altında müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə 1,5 milyon manatdan artıq vəsait cəlb olunub. 
         Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. “Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.
         “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər
    kontaktda-bayramlasaq-kampaniyasi-basladi-50-dek-endirim
    Digər

    “Kontakt”da “Bayramlaşaq” kampaniyası başladı – 50%-DƏK ENDİRİM

    “Kontakt” mağazalar şəbəkəsi bu Qurban bayramında “Bayramlaşaq” kampaniyası ilə evinizə bərəkət gətirir.
    kontakt-bakixanovda-en-boyuk-magazasini-aygun-kazimova-ile-acdi
    Digər

    "Kontakt" Bakıxanovda ən böyük mağazasını Aygün Kazımova ilə açdı!

    Bakıxanov bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə Bakıxanovda ən böyük və yeni mağazasının qapılarını müştərilərə açdı.
    kontakt-magazalar-sebekesi-baki-suret-festivalinin-qalibi-oldu
    Digər

    "Kontakt" mağazalar şəbəkəsi "Bakı Sürət Festivalı"nın qalibi oldu.

    Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi.
    kontakt-ile-div-academy-coxsaxeli-teqaud-proqrami-elan-edir-qeydiyyat-artiq-baslayib
    Digər

    “Kontakt” ilə “Div Academy” çoxşaxəli təqaüd proqramı elan edir! – QEYDİYYAT ARTIQ BAŞLAYIB

    Bir çox sosial layihələrə tərəfdaş olan “Kontakt” bu dəfə ölkənin seçilən tədris mərkəzi olan “DİV Academy” ilə birgə “Gələcəyi Yazanlar” təqaüd proqramına start verib!
    kontaktda-usaqlar-gunune-ozel-kampaniya-baslayir-endirimli-qiymeti-6-aya-bol
    Digər

    “Kontakt”da Uşaqlar Gününə özəl kampaniya başlayır: ENDİRİMLİ QİYMƏTİ 6 AYA BÖL

    Bu yaz “Kontakt” mağazalar şəbəkəsi ard-arda yüksək endirimli kampaniyaları əsl şənlik yaradır! Şəbəkə indi də “Oyuna davam” kampaniyası ilə 50%-dək endirimlər və 24 ayadək hissəli ödəniş şərtləri təklif edilir.