Logo
    main-post-cover

    “Kontakt” “Şeş-Qoşa”nın böyük finalını Bulvarda keçirir - AYGÜN KAZIMOVANIN KONSERTİ İLƏ

    Digər
    03.10.2024
    Emil
         “Kontakt” mağazalar şəbəkəsi Aygün Kazımovanın çıxış edəcəyi böyük “Şeş-Qoşa” finalını həm yeni səviyyəyə, həm də yeni məkana daşıdı!  Bu dəfə hər zamankından daha möhtəşəm olacaq final tədbiri şəhərin tam mərkəzində - hər kəsin gələ biləcəyi Bakı Bulvarında keçiriləcək! 
         Daha dəqiq desək, final oktyabrın 6-sı, saat 15:00-da Kukla Teatrının arxasında yerləşən Bulvar səhnəsində baş tutacaq! Ən yeni “Toyota Corolla Cross” avtomobilinin dəniz mənzərəli “Sea Breeze” mənzilinin sahibi və ya sahibləri məhz həmin gün bəlli olacaq. 
         Bu möhtəşəm gecəyə damğa vuracaq əsas məqamlardan biri isə ölkənin əsas ulduzu Aygün Kazımovanın canlı çıxışı olacaq. Pop-diva öz səhnə performansları ilə hər zaman tamaşaçıları valeh etməyi bacarıb. Bu dəfə isə xüsusi olaraq hazırlanmış səhnə şousu, hit mahnıları və enerjili çıxışı ilə o, gecənin ulduzu olacaq.
         Bu final hər kəsi həm böyük mükafatlarla, həm də unudulmaz musiqi ilə sevindirəcək! Odur ki, oktyabrın 6-sı günündə Aygün Kazımovanın da dediyi kimi “bu gecə olanlar olacaq”!
         Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər
    kontaktin-sahil-magazasi-yenilendi-acilisa-ozel-60-dek-endirimler
    Digər

    “Kontakt”ın “Sahil” mağazası yeniləndi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

    “Kontakt” mağazalar şəbəkəsi şəhərin mərkəzində təntənəli bir açılış mərasimi ilə yenilənmiş “Sahil” mağazasının qapılarını müştərilərinə açdı. Alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi bu tədbir, unudulmaz əyləncəli anlar və sürpriz hədiyyələrlə dolu idi.
    kontakt-eksluziv-olaraq-iphone-abuneliyi-teklif-edir
    Digər

    “Kontakt” eksklüziv olaraq “iPhone” abunəliyi təklif edir.

    Texnologiya həvəskarlarını daim yeniliklərlə sevindirən “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda növbəti bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq “iPhone” abunəliyi istifadəyə verildi!
    kontaktin-ses-qosa-kampaniyasinin-boyuk-finali-bas-tutacaq-aygun-kazimova-tarixi-aciqladi
    Digər

    “Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

    Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çıxış etməyə hazırlaşır. Pop musiqinin divası bu dəfə final tədbirinin bütün məlumatlarını özü açıqlayıb.
    kontakt-texniki-xidmetlerini-resmi-partnyor-resete-etibar-edir
    Digər

    “Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir

    Ölkənin ən böyük elektronika mağazalar şəbəkəsindən biri olan “Kontakt” texniki xidmət sahəsində etibarlı bir tərəfdaş seçib.  Belə ki, şəbəkə müştərilərinin rahatlığını düşünərək “Reset” servis mərkəzi ilə birgə çalışır.
    kontaktin-ses-qosasinda-tam-262-587-manat-udulub-sea-breeze-den-menzil-qazanmak-imkani
    Digər

    “Kontakt”ın “Şeş-Qoşa”sında tam 262 587 manat udulub: SEA BREEZE-DƏN MƏNZİL QAZANMAK İMKANI!

    “Kontakt” mağazalar şəbəkəsinin avtomobill və mənzil uduşlu “Şeş-Qoşa” sında uduş məbləği və finalçıların sayı hər keçən gün daha da artır. Belə ki, bu kampaniya sadə bir alış-veriş üçün “Kontakt”a üz tutan minlərlə müştəriyə indiyə qədər 262 587 manat dəyərində məbləği geri qazandırıb.