
“Kontakt” yeni rəqəmsal məhsulunu istifadəyə verdi: 260-dan çox TV kanal bir platformada
Digər
10.02.2025
Emil
Hər zaman yenilikləri ilə seçilən “Kontakt” bu dəfə rəqəmsal televiziya dünyasına açılıb. Şəbəkənin “Kontakt TV” adlanan bu yeni platforması sadəcə 4,50 manatlıq abunə haqqı ilə 260-dan çox yerli və xarici kanalları bir ekranda izləmək imkanı verir. Üstəlik, ilk 30 gün tamamilə ödənişsiz istifadə ilə.
Bu yeni rəqəmsal televiziyada hər yaş qrupundan olan izləyicilər üçün 1000-dən çox film və animasiyalar da var. Üstəlik, dünyanın dörd bir yanında baş verən idman hadisələrinin yayımlandığı və idmansevərlərin yaxşı bələd oluğu “Setanta Sports” kanalı da bu sərfəli “Kontakt TV” paketinə daxildir.
Müasir platforma yüksək keyfiyyətli ekran görüntüsü ilə də diqqət çəkib. Belə ki, artıq tətbiqdən istifadə edənlər bildirir ki, yayımlanan hər bir səhnə parlaq, canlı və o qədər realdır ki, ekranla gerçək dünya arasında fərqi hiss etmək belə olmur.
“Kontakt TV” ailəvi istifadə üçün də ideal seçimdir. Çünki burada bir abunəliklə eyni anda dörd fərqli cihazdan qoşulmaq mümkündür. Hətta ənənəvi televiziyadan fərqli olaraq, canlı yayımı dayandırmaq, geriyə sarmaq və ya yenidən izləmək imkanı da mövcuddur, çünki seçilmiş kanalların yayımları düz 7 gün arxivdə saxlanır. “İndi vaxtım yoxdur, sonra...” deyənlər üçün isə filmləri yükləyib, internet bağlantısı olmadan oflayn izləmək də mümkündür.
Yeni rəqəmsal televiziya təhlükəsizlik baxımından da rahatdır. “Kontakt TV”nin valideyn nəzarəti funksiyası sayəsində uşaqlar üçün uyğun məzmunu seçmək, idarə etmək çox asandır.
Tətbiqin istifadə qaydası da olduqca sadədir: mobil tətbiqi yükləyərək nömrənizi daxil edin və budur, artıq bir toxunuşla platformaya daxil oldunuz. Həm Android, həm də iOS əməliyyat sistemli smartfonlar, smart texnologiyanı dəstəkləyən televizorlarda da tətbiqi quraşdıraraq xidmətə qoşulmaq olar.
“Kontakt” isə öz alıcılarına xüsusi yanaşır. Belə ki, şəbəkədən əldə olunan bütün televizor məhsullarında “Kontakt TV” artıq hazır, öncədən quraşdırılmış olacaq.
Əlavə olaraq isə, platfromada uzunmüddətli abunəliklər də çox sərfəlidir. Məsələn, 3 aylıq abunəlik 12 AZN; 6 aylıq 23 AZN, 1 illik paket isə cəmi 40 AZN təşkil edir.
Bu imkanlardan yararlanmaq istəyənlər üçün ətraflı məlumat və qeydiyyat kontakttv.az rəsmi saytında mövcuddur. Azərbaycanın rəqəmsal televiziyasında yeni dövrə başlayır və “Kontakt TV” ilə siz də bu əyləncəyə qoşula bilərsiniz.
Paylaş
Bənzər xəbərlər

Digər
“Kontakt” Şuşaya yol açır – QARABAĞDA YENİ İMKANLAR
Bütün yollar Qarabağın ürəyinə - Şuşaya aparır. Ona görə də, sevindirən şəbəkə “Kontakt” artıq sadəcə bir klik və ya zənglə 30.000-dən çox məhsulu birbaşa Şuşaya çatdıraraq bu qədim torpaqlara müasir imkanları gətirir.

Digər
“Kontakt”ın “Super günlər”ində -70%-dək endirim – YALNIZ 2 GÜN
"Kontakt" mağazalar şəbəkəsində böyük maraqla gözlənən 70%-dək endirimli “Super günlər”i nəhayət ki, başladı! Şəbəkənin bu kampaniyasında evinizə və şəxsi istifadənizə lazım olan məhsullara nağd alışda -70%-dək endirimlər var.

Digər
“Kontakt”ın Binə mağazası artıq yeni ünvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Sevindirən şəbəkə “Kontakt” Binə mağazasının müştərilərini artıq yeni ünvandan salamlayır. Belə ki, şəbəkə ilin ilk mağazasının açılış tədbirində ziyarətçilər əyləncə, hədiyyə və bol endirimlərlə dolu bir gün keçiriblər.

Digər
“Kontakt”da fürsətlər yağışı – 50%-dək endirimlə al, endirimli qiyməti 24 ayadək böl
Hər kəsin axtardığı fürsət artıq qapını döyür! “Kontakt” yanvarın son günlərində öz müştərilərini nağd alışda 50%-dək endirimlərlə sevindirir və deyir: “Fürsət ayağına gəldi”.

Digər
“Kontakt” ilə “İlk addımı at”, endirimli qiyməti 24 ayadək böl
“Kontakt” yeni təqvim ilinə ilk addımını endirim kampaniyası ilə atır. Şəbəkə ilin ilk kampaniyasında alıcılarını nağd alışda 50%-dək endirimləri ilə sevindirir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
