“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: KAMPANİYA NOYABRADƏK UZADILDI
Digər
07.10.2024
Emil Nəcəfov
“Kontakt” mağazalar şəbəkəsinin böyük coşqu ilə davam edən “Şeş-Qoşa” kampaniyası yenə unudulmaz anlar yaşatdı! Kampaniyanın böyük final tədbirində möhtəşəm sürprizlər və həyəcan dolu anlar yaşandı, növbəti "Toyota Corolla Cross" avtomobili öz sahibini tapdı.
Bu şanslı iştirakçı isə evinin yaxınlığındakı “Kontakt”a sadəcə bir aspirator almağa gələn Ləman Mirzəyeva oldu! Oğlu Fatehin əlinin düşərli olduğuna inanan Ləman xanım o gözlənilməz anı belə ifadə edir:
“Bu gün həyatımın ən böyük hədiyyəsini aldım! Tamamilə oğlumun şansı olduğuna inanıram. Çünki o maşını mağazanın önündə gördüyü ilk gündən deyirdi ki,ana, bu maşın sənin olacaq. İlk şeşləri atanda onunla idim, finala da şeş-qoşa atmağa onunla gəldim. O əmin idi, mən isə narahat. Maşının açarlarını əlimdə tutana qədər inana bilmirdim ki, bu doğrudan da baş verir. Sabahdan sürücülük dərslərinə başlayıram”
Ləman xanımdan əlavə, finalda düz 16 nəfər iştirakçı kampaniyanın mükafatları uğrunda şanslarını sınayıb. Hər atışın səhnə monitorlarında və sosial mediada canlı yayımda nümayiş etdirildiyi bu tədbirdə cüt zərlər təkcə Ləman xanımın üzünə gülüb. Kampaniyanın “Hər kəs sevinəcək” devizinə uyğun olaraq isə digər iştirakçıların hər biri aldıqları məhsulun tam dəyərinin 100%-ni və "Kontakt"dan hədiyyə kartı qazandılar.
Tədbirin ən maraq doğuran tərəfi isə Xalq artisti Aygün Kazımovanın səhnəyə tamam fərqli obrazda çıxması oldu. “Kontakt” sevərləri və öz sevənlərini bir araya toplayan Kazımova hit ifaları ilə gecəyə xüsusi rəng qatdı və daha da önəmlisi, avtomobil qalibinə açarları şəxsən özü təqdim etdi. Pop-divanın sevinclə elan etdiyi başqa bir xəbər isə o oldu ki, "Şeş-Qoşa" kampaniyası noyabrın sonuna qədər uzadıldı! Yəni, yenə və yenidən iki böyük mükafat - “Toyota Corolla Cross” və “Sea Breeze”dən lüks mənzil qazanmaq imkanınız olacaq!
Odur ki, böyük hədiyyələr və sevinc dolu anlar yaşadan “Şeş-Qoşa” kampaniyası bütün sürəti ilə davam edir. Bu dəfə şanslılar siyahısında sizin də adınız ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Kontakt” “Şeş-Qoşa”nın böyük finalını Bulvarda keçirir - AYGÜN KAZIMOVANIN KONSERTİ İLƏ
“Kontakt” “Şeş-Qoşa”nın böyük finalını Bulvarda keçirir - AYGÜN KAZIMOVANIN KONSERTİ İLƏ
“Kontakt” mağazalar şəbəkəsi Aygün Kazımovanın çıxış edəcəyi böyük “Şeş-Qoşa” finalını həm yeni səviyyəyə, həm də yeni məkana daşıdı! Bu dəfə hər zamankından daha möhtəşəm olacaq final tədbiri şəhərin tam mərkəzində - hər kəsin gələ biləcəyi Bakı Bulvarında keçiriləcək!
“Kontakt”ın “Sahil” mağazası yeniləndi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR
“Kontakt”ın “Sahil” mağazası yeniləndi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR
“Kontakt” mağazalar şəbəkəsi şəhərin mərkəzində təntənəli bir açılış mərasimi ilə yenilənmiş “Sahil” mağazasının qapılarını müştərilərinə açdı. Alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi bu tədbir, unudulmaz əyləncəli anlar və sürpriz hədiyyələrlə dolu idi.
“Kontakt” eksklüziv olaraq “iPhone” abunəliyi təklif edir.
“Kontakt” eksklüziv olaraq “iPhone” abunəliyi təklif edir.
Texnologiya həvəskarlarını daim yeniliklərlə sevindirən “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda növbəti bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq “iPhone” abunəliyi istifadəyə verildi!
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI
Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çıxış etməyə hazırlaşır. Pop musiqinin divası bu dəfə final tədbirinin bütün məlumatlarını özü açıqlayıb.
“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir
“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir
Ölkənin ən böyük elektronika mağazalar şəbəkəsindən biri olan “Kontakt” texniki xidmət sahəsində etibarlı bir tərəfdaş seçib. Belə ki, şəbəkə müştərilərinin rahatlığını düşünərək “Reset” servis mərkəzi ilə birgə çalışır.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
TechBrains Baku 2024 – Süni İntellekt və İnnovasiyanın Zirvə Nöqtəsi!