Logo
    main-post-cover

    Kontakt”ın “Şeş-Qoşa”sında 73 412 manat qazandılar: AVTOMOBİL UDUŞU DAVAM EDİR!

    Digər
    14.08.2024
    Emil
         “Kontakt” mağazalar şəbəkəsi “Şeş-Qoşa” kampaniyası ilə sevindirməyə və qazandırmağa davam edir. Belə ki, kampaniyanın dördüncü həftəsində uduş məbləği 73 412 manata çatıb. 
         Bu isə o deməkdir ki, bugünədək minlərlə müştəri aldığı məhsulun 5, 25, 100%-dək dəyərini geri qazanıb. Kampaniyada uduşlar bununla da məhdudlaşmır. “Şeş” ataraq məhsulun dəyərini geri qazananlar, növbəti mərhələdə “Şeş-Qoşa”nın əsas mükafatı olan ən yeni “Toyota Corolla Cross” avtomobilini qazanma şansı əldə edirlər. Bu şansa bir addım daha yaxın olan, ötən həftənin qalibi və artıq finalçılar sırasında yer alan Piriyev Köçəri sevinc dolu hislərini bizimlə bölüşdü:
         “Evdəkilər “Kontakt”ın Ukrayna dairəsi mağazasından tozsoran alıblar. Televizor götürmək yadlarından çıxıb. Axşam Bakıxanovda evimin yanındakı “Kontakt”a gəldim. Televizoru aldım, dedilər ki, 3 dəfə şeş atsam, aldığım televizor neçəyədirsə, o qədər məbləği geri qazana bilərəm. Çox elə inamlı deyildim. Gəlinim təkid elədi ki, oyna, bəlkə alındı. Şansdan 3 dəfə şeş ata bildim. Ona görə də 500 manata aldığım televizorun məbləği mənə geri qayıtdı. Çox sevindim. Həmin pula da evə başqa bir neçə avadanlıq götürdük. İndi də, maşına ümidliyəm. Allah qoysa...Maşınım da olsa, pis olmaz.”
         Qeyd edək ki, kampaniyada nağd, “6 dəfəyə ödə” və ya kredit şərti ilə alış etmək mümkündür. 
         Növbəti həftə final tədbiri keçiriləcək kampaniya hələ ki davam edir. İştirak etmək üçün ilkin şərt olaraq istənilən “Kontakt” mağazasından alış-veriş edirsiniz və çoxlarını sevindirən “Şeş-Qoşa” stendinə yaxınlaşırsınız. Burada:  
    • Şeş atsanız, aldığınız məhsulun 100%-dək dəyərini geri qazanırsınız; 
    • Şeş-qoşa atsanız isə 2024 model “Toyota Corolla Cross” avtomobilinin sahibi olursunuz. 
         Ətraflı məlumat üçün bu keçidə daxil ola, mağazaları isə buradan təyin edə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər
    kontaktda-50-dek-endirim-furseti-avtomobil-qazanma-imkani
    Digər

    “Kontakt”da 50%-dək endirim fürsəti: AVTOMOBİL QAZANMA İMKANI

    Bu yay “Kontakt” mağazalar şəbəkəsinin bol endirim təklifləri ilə super sərfəli keçir. Şəbəkənin budəfəki 50%-dək endirimli “Fürsət yaydan çıxdı” kampaniyası bütün gözlədiyiniz fürsətlərin qapısını üzünüzə açır.
    kontaktda-axsam-bazari-olacaq-60-dek-endirim-avtomobil-qazanma-imkani
    Digər

    Kontakt”da “Axşam Bazarı” olacaq: 60%-DƏK ENDİRİM, AVTOMOBİL QAZANMA İMKANI

    “Kontakt” mağazalar şəbəkəsinin ənənəvi və meqa endirimli “Axşam Bazarı” kampaniyasını gözləyənlərə şad xəbər var. Şəbəkənin 60%-dək endirim kampaniyası sabah – avqustun 9-u bu dəfə düz 13 mağazada baş tutacaq.
    kontaktin-ses-qosasinda-tam-49-715-manat-udulub-avtomobil-udusu-davam-edir
    Digər

    “Kontakt”ın “Şeş-Qoşa”sında tam 49 715 manat udulub: AVTOMOBİL UDUŞU DAVAM EDİR

    “Kontakt” mağazalar şəbəkəsində “Şeş-Qoşa” sevinci davam edir. Belə ki, artıq ənənə halını almış bu kampaniyada bugünədək tam 49 715 manat məbləğində uduş olub.
    kontaktin-ses-qosa-kampaniyasinda-artiq-30-754-manat-uduldu-avtomobil-udusu-davam-edir
    Digər

    “Kontakt”ın “Şeş-qoşa” kampaniyasında artıq 30 754 manat uduldu: AVTOMOBİL UDUŞU DAVAM EDİR

    “Kontakt” mağazalar şəbəkəsinin böyük maraqla qarşılanan “Şeş-Qoşa” kampaniyası yenicə başlasa da, artıq böyük uduşları ilə sevindirir. Belə ki, cəmi 10 gündür başlayan kampaniyada artıq 30 754 manatlıq məbləğ qazanılıb.
    kontakt-en-son-model-avtomobil-hediyye-edir-ses-qosa-at-avtomobil-apar
    Digər

    “Kontakt” ən son model avtomobil hədiyyə edir: ŞEŞ-QOŞA AT, AVTOMOBİL APAR

    Hər kəsi sevindirməyi hədəfləyən “Kontakt” mağazalar şəbəkəsi çoxdan gözlənilən "Şeş-Qoşa" kampaniyası və ən son model avtomobil hədiyyəsi ilə geri döndü.