Logo
    main-post-cover

    “Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb: MƏKTƏBLİLƏRƏ NOTBUK HƏDİYYƏ EDİLİR

    Digər
    29.08.2024
    Emil
         “Kontakt” mağazalar şəbəkəsi yeni tədris ili ərəfəsində ucqar kəndlərdə yaşayan məktəbliləri sevindirməyə hazırlaşır. Şəbəkənin “Hekayənin bir parçası ol” adlanan bu layihəsi olduqca təsirli təqdimat videosu ilə diqqət çəkib 
         Layihədə “Kontakt” eksklüziv tərəfdaşı olan “Hisense” brendi ilə birgə addımlayır. Belə ki, oktyabrın 1-dək “Kontakt” mağazalarında eləcə də, “kontakt.az” saytındaHisense” məhsullarının satışından əldə olunan gəlirin bir hissəsi ucqar kəndlərdə yaşayan məktəblilərin təhsilini dəstəkləmək məqsədilə onlara notbukların alınmasına sərf ediləcək. 
         Qeyd edək ki, layihə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. 
         Bu layihədə “Hisense”la yanaşı, “Philips” brendi də məhsullarının satışından əldə olunan gəlir ilə məktəblilərin notbuk sahibi olmasına dəstək göstərəcək.
         Bu xeyirxah layihəyə qoşulmaq istəyən hər kəs “Kontakt”dan alış-veriş edərək ucqar dağ kəndlərindəki uşaqların uğur hekayəsində pay sahibi ola bilər. Layihənin böyük maraq görən təqdimat videosunda deyildiyi kimi “Hekayənin bir parçası ol”…  
         Təqdimat videosunu buradan izləyə bilərsiniz:
     
         Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
    Paylaş