
Koronavirusa görə Netflix 16 milyon yeni abunə qazandı
Digər
22.04.2020
Nijat
Ən böyük və tanınan film/serial izləmə platformu olan Netflix koronavirusun müsbət təsir etdiyi bəzi şirkətlərdən biridir. Koronavirus pandemiyasına görə karantində olan insanlar rahat bir şəkildə film və ya serial izləmək üçün Netflix-ə abunə olurlar. Beləki bu karantin zamanı Netflix-ə 16 milyon insan yeni abunə oldu. Netflix tərəfindən açıqlanan bu rəqəm sadəcə 2020-nin ilk 3 ayı ərzində oldu.
Netflix 2020-nin ilk 3 ayında gəlirlərini 29% artıraraq 5.8 milyard dollar qazanc əldə etdi.

Netflix rəsmilərinin dediklərinə görə karantin müddəti bitdikdən sonra bu böyümə daha zəif sürətlə davam edəcək. Şirkət bu ilin 2-ci rübündə 7.5 milyon yeni abunə qazanmağı planlaşdırır. Lakin hər nə qədər gəlirləri və istifadəçi sayı artsa da koronavirusa görə Netflix istehsalı olan film və serialların çəkiliş vaxtları da uzanır. Hal-hazırda şirkət film və serial çəkilişlərinin böyük bir hissəsini koronavirusa görə dayandırıb. İslandiya və Cənubi Koreyada koronavirus nəzarət altına alındığı üçün buralarda olan çəkilişlər davam edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
