main-post-cover

    Koronavirusa görə Netflix 16 milyon yeni abunə qazandı

    Digər
    22.04.2020
    Nijat Hamid
            Ən böyük və tanınan film/serial izləmə platformu olan Netflix koronavirusun müsbət təsir etdiyi bəzi şirkətlərdən biridir. Koronavirus pandemiyasına görə karantində olan insanlar rahat bir şəkildə film və ya serial izləmək üçün Netflix-ə abunə olurlar. Beləki bu karantin zamanı Netflix16 milyon insan yeni abunə oldu. Netflix tərəfindən açıqlanan bu rəqəm sadəcə 2020-nin ilk 3 ayı ərzində oldu. 

    Netflix 2020-nin ilk 3 ayında gəlirlərini 29% artıraraq 5.8 milyard dollar qazanc əldə etdi.

            Netflix rəsmilərinin dediklərinə görə karantin müddəti bitdikdən sonra bu böyümə daha zəif sürətlə davam edəcək. Şirkət bu ilin 2-ci rübündə 7.5 milyon yeni abunə qazanmağı planlaşdırır. Lakin hər nə qədər gəlirləri və istifadəçi sayı artsa da koronavirusa görə Netflix istehsalı olan film və serialların çəkiliş vaxtları da uzanır. Hal-hazırda şirkət film və serial çəkilişlərinin böyük bir hissəsini koronavirusa görə dayandırıb. İslandiya Cənubi Koreyada koronavirus nəzarət altına alındığı üçün buralarda olan çəkilişlər davam edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər