Koronavirusun (COVID-19) simptomlarsız yayılması təsdiqləndi

Koronavirusun (COVID-19) simptomlarsız yayılması təsdiqləndi

Digər
25.02.2020 PAYLAŞIM

    Çinli həkimlər yeni koronavirusun (COVID-19) simptomlarsız yayılmasını təsdiqləyiblər. Belə ki, Çinin Vuxan şəhərindən olan 20 yaşlı qadın sözügedən virusu öz ailəsinin 5 üzvünə yoluxdurub. Ailə üzvlərinin hamısı xəstələnsələr də qadının özündə virusun olma simptomları aşkar edilməyib. Beləliklə 20 yaşlı qadın heç bir simptom keçirtmədən 1 ay rəzində orqanizmində koronavirus ilə dolaşaraq ətrafındakı insanları yoluxdurub. COVID-19-un bu yeni özəlliyi həkimlərin və dövlətlərin epidemiyanın qarşısını almaq cəhdlərini heç edə bilər. Bu barədə Hightech.plus saytı xəbər verib. 20 yaşlı çinli qadınla baş vermiş bu vəziyyət ilk sənədləşdirilmiş və virusun simptomlarsız yayılmasını tamamilə təsdiqləyən hal olub.

    Hal hazırda həmin qadın izolyasiya edilib və Anyan şəhərində yerləşən xəstəxanada həkimlərin müşahidələri altındadır. Baxmayaraq ki, virus onun orqanizmində artıq bir neçə həftədir ki, var, qadında hələ də heç bir simptom baş verməyib. Qadının özü Vuxan şəhərində yaşayır. Qeyd etmək lazımdır ki, virusun yayılması məhz həmin şəhərdə başlayıb. O, təqribi olaraq 10 yanvar tarixinə kimi Vuxanda sözügedən virusa yoluxub. Həmin vaxtda qadın Anyan şəhərinə, ailəsinə baş çəkməyə gedib və həmin dövrdə ailəsinin 5 üzvü ilə əlaqədə olub. 1 həftədən sonra (17 yanra) ailə üzvlərindən birində boğaz ağrısı və qızdırma simptomları müşahidə edilib.


    Daha 1 həftədən sonra ailənin yerdə qalan üzvləri növbə ilə bu virusa yoluxublar. 26 yanvar tarixinə kimi onların hamısı Anyan şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Qadının 5 ailə üzvünün hamısında koronavirus aşkar edildi. Ailə üzvlərinin Vuxan şəhərindən əlaqədə olduqları yeganə şəxs isə həmin 20 yaşlı qadın idi. Lakin onda heç bir simptom müşahidə olunmamışdı. Bundan əlavə olaraq qadının ailə üzvlərinin xəstəxanaya yerləşdirilməsi zamanı həkimlər ekspress test vasitəsilə qadını yoxladılar. Test nəticəsi olaraq qadında koronavirus aşkar edilmədi. Onun kompüter tomoqrafiyası da tamamilə normal idi. Lakin 1 gündən sonra gəlmiş qan analizi cavabında məlum oldu ki, 20 yaşlı qadın həqiqətən də koronavirusa yoluxub.

    Həmin vaxta kimi onda hələ də simptomlar yox idi. Çinli qadını həmin vaxtdan bəri izolyasiya etdilər və o hal hazırda həkimlərin müşahidələri altındadır. 11 fevral tarixinə olan məlumatda qeyd edilib ki, qadında hələ də heç bir simptomun izləri yoxdur. 11 fevral tarixindən sonra onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. 2 həftə ərzində həkimlər bu ciddi hal barəsində ictimaiyyətə məlumatın verilməsi üçün hökumətdən icazə alırdılar. Hal hazırda sözügedən qadının simptomlarsız şəkildə virusu yayması halı anomaliya kimi görünür. Lakin səhiyyə sahəsində olan mütəxəssislər buna bənzər digər halları da qeydə alıblar.

    Çinin, xəstəliklərin idarəsi və profilaktikası mərkəzinin hesabatında 8 dekabrdan 11 fevrala kimi Çində bu virusa yoluxmuş bütün şəxslərin xəstəlik tarixçələri analiz edilib. Nəticədə məlum olub ki, sözügedən virusa yoluxmuş xəstələrin 1.2%-də simptomlara ümumiyyətlə rast gəlinməyib. Koronavirusun simptomsuz şəkildə yayılması özəlliyi öz növbəsində epidemiyanın idarə altında saxlanılmasını qəlizləşdirir. İlk öncə həkimlər əmin idilər ki, sözügedən virusa yoluxmuş şəxslərdə gec-tez zəif də olsa müəyyən edilmiş simptomlar ortaya çıxacaq. Lakin 20 yaşlı çinli qadınla baş vermiş bu hal virus ilə mübarizə strategiyasını tamamilə alt-üst edir. Nəticədə heç bir simptomların olmaması səbəbilə virusa yoluxmuş şəxs özü də bilmədən həftələr və aylarla digər insanları yoluxdura bilər.

    Ən narahatedici faktor da ondan ibarətdir ki, virusu keçirtmiş şəxslərin böyük bir hissəsinin immun sistemi ya bu virusa qarşı cavab yarada bilmir ya da həmin şəxslərin orqanizmlərində bu virusu ümmumiyyətlə məhv etmək olmur. Nəticədə virus müəyyən müddətlik bir növ yuxuya gedir və sonradan yenidən aktiv hala gəlir. Vuxan şəhərindəki həkimlər artıq 195 təkrar yoluxma halını da təsdiqləyiblər. Bir sıra hallarda müəyyən xəstələrin orqanizmlərində virusun məhvindən bir neçə saat sonra onlar yenidən yoluxurdular. Həmin şəxslərdə də təmiz analiz cavabları olurdu. ABŞ-dan olan tədqiqatçılar komandası isə öz növbəsində virusun hüceyrəyə keçməsinə imkan verən zülalın strukturunun dəqiq xəritəsini tərtib etməyi bacarıb. Bu isə virusa qarşı vaksin və dərmanların yaradılması prosesini sürətləndirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×