
Kosmik mövzuda olan "Passengers" adlı yeni filmin ilk traileri
Kosmik mövzuda olan "Passengers” adlı
yeni filmdə hadisələr kosmik gəmidə cərəyan edəcək. İçərisində süni yuxuya
getmiş 5000 sərnişinin olduğu kosmik gəmi həmin insanlar üçün yeni yaşayış yeri
olacaq planetə yollanır. Lakin gəminin sistemindəki xəta zamanı 2 sərnişin
yuxudan oyanır. Onlar başa düşürlər ki, planetə çatmaq üçün 90 il vaxt
lazımdır. Onlar isə bu vaxtı bir yerdə keçirtməyə qərar verirlər. Bir müddətdən
sonra iki baş qəhrəman bir-birinə qarşı güclü hislər bəsləməyə başlayırlar.
Lakin bu zaman kosmik gəmi təhlükə ilə üz-üzə qalır və minlərlə həyatın xilas
olunmasına yalnız bu iki insan nail ola bilər. Rejissoru Morten Tildum-un
olduğu filmdə baş rolları Kris Pratt, Cennifer Lourens, Maykl Şin, Lourens
Fişbörn və digərləri canlandırıblar. "Passengers” filminin premyerası bu ilin Dekabr ayının sonunda baş
tutacaq.
Paylaş
Bənzər xəbərlər