
Kosmosda ilişib qalan kosmonavtlardan ilk açıqlama gəlib!
Digər
12.07.2024
Aslan
Beynəlxalq Kosmik Stansiyada bir müddət Boeing Starliner gəmisində ilişib qalan kosmonavtlar Sunita Williams və Butch Wilmore, davam edən sükutu pozaraq dünyaya ilk mesajlarını göndəriblər.
Beynəlxalq Kosmik Stansiyasından (BKS) aparılan söhbət zamanı kosmonavtlar, kosmik gəmilərindəki texniki nasazlıqlara baxmayaraq, sağ-salamat Yerə qayıdacaqlarına əminliklərini ifadə ediblər. Kosmonavtlar iyunun 6-dan BKS-də idilər və Boeing Starliner-dəki texniki nasazlıqlar səbəbindən onların qayıtması təxminən 1 aya yaxın gecikib. Hazırda NASA dəqiq qayıdış tarixini müəyyən etməyib, lakin rəsmilər iyulun sonuna kimi kosmonavtları sağ-salamat dünyaya gətirməyi planlaşdırdıqlarını açıqlayıblar. NASA-nın kommersiya ekipajı proqram meneceri Steve Stich, apardıqları sınaqların və kosmik gəmidən aldıqları məlumatların iyulun sonunu göstərdiyini bildirib.

Nəhayət, sağlamlıq vəziyyətlərini izah etmək üçün mətbuat konfransı keçirən missiya komandiri Wilmore və Sunita Williams, kosmik gəminin onları heç bir problem olmadan evlərinə gətirəcəyi barəsində yaxşı hiss etdiklərini və Boeing Starliner-ə tam güvəndiklərini bildiriblər. NASA-nın verdiyi açıqlamaya görə, kosmonavtlar vaxtlarını sidiyi içməli suya çevirən maşının nasosunun dəyişdirilməsi və mikroqravitasiyada gen ardıcıllığının təyini kimi elmi təcrübələrə sərf edirlər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
