Logo
    main-post-cover

    Kratos geri qayıdır. Yeni God of War anons olunub

    Digər
    07.05.2017
    Farid
    Orkestrin mükəmməl ifasından sonra Sony şirkəti öz press-konfransında yeni God of War-u təqdim edib. Oyunun baş qəhrəmanı qocalmış Kratos olacaq. Hadisələr isə 3-cü hissədəki hadisələrdən uzun illər sonra cərəyan edəcək. Məlumata əsasən yeni God of War öz iri miqyaslılığı ilə hamını təəccübləndirəcək. Lakin oyunda open-worldu gözləmək lazım deyil. Bundan əlavə olaraq bu dəfə QTE sistemi tamam fərqli üslubda istifadə olunacaq. Oyun tamamilə dəyişəcək. Lakin süjet xətdi keçmiş hissənin davamı olaraq qalacaq. Qeyd edək ki, bu dəfə söhbət qədim skandinaviya mifologiyasından gedəcək. Oyun böyük ehtimal gələn il satışa çıxacaq. Məlumatların isə yaxın gələcəkdə paylaşılacağı planlaşdırılır.

    Paylaş
    Bənzər xəbərlər