main-post-cover

    Kriptovalyuta dünyasında tarixi gün: Bitcoin-in qiyməti 100.000 dolları keçdi!

    Digər
    05.12.2024
    Farid Pardashunas

         Kriptovalyuta investorlarının illərdir gözlədiyi səviyyə nəhayət ki, aşılıb. Bitcoin-in qiyməti 100 min dolları keçib. Bəs Bitcoin niyə bahalaşıb? Bitcoin-in qiyməti nə üçün dayanmadan artır?

         "5 dekabr 2024" kriptovalyuta dünyası üçün tarixi günlərdən biri oldu. İlk dəfə 29 noyabr 2017-ci ildə 100 min dolları keçən Bitcoin, 7 illik gözləyişdən sonra 5 dekabr 2024-cü ildə, saat 06:40-da yenidən 100 min dollar həddini aşıb. Xəbəri hazırladığımız anda (saat 09:24) Bitcoin-in qiyməti 103.472 dollar səviyyəsindədir.
         Bitcoin-dəki artımın ən mühüm səbəbi ABŞ Prezidenti Donald Trump-ın kriptovalyutalara müsbət yanaşmasıdır. İndiyədək kriptovalyutalarla bağlı ciddi vədlər verən Donald Trump, son olaraq sosial media hesabında etdiyi açıqlamada ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) rəhbərliyinə Paul Atkins-i namizəd göstərəcəyini bildirib. Kriptovalyutalara isti münasibət bəsləyən Paul Atkins-in namizədliyi ilə Bitcoin 100 min dollar həddini aşmağı bacarıb. Atkins-in vəzifəyə gətirilməsi halında kriptovalyutaların dəstəklənməsi üçün radikal addımlar atılacaq və yeni tənzimləmələrlə kriptovalyutalar daha da yayılacaq.
         Trump-ın vədləri arasında kriptovalyutaların həyatın bir hissəsinə çevrilməsi də yer alır. Trump, SEC-in hazırkı rəhbəri Gary Gensler-i vəzifədən alacağını və daha kripto dostu bir yanaşma tətbiq edəcək rəhbər təyin edəcəyini vəd etmişdi. Bundan əlavə, Trump Bitcoin-i strateji milli rezerv aktivinə çevirməyi də planlaşdırır. O, kriptovalyutalarla bağlı daha ədalətli və şəffaf tənzimləmələr vəd edib. Kriptovalyutalar üzərindəki kapital gəliri vergisinin azaldılması və ya tamamilə ləğv edilməsi də bu planlar arasındadır. ABŞ-da Bitcoin mədənçiliyinin artırılması və mərkəzləşdirilməmiş kripto platformalarının (DeFi) dəstəklənməsi nəzərdə tutulur. Trump-ın ABŞ Prezidenti seçilməsi ilə Bitcoin-in qiyməti təxminən 50% artıb. Bitcoin-in son 1 ildəki artımı isə 145% təşkil edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Şimali Koreyalı hakerlər saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək milyardlarla kriptovalyuta oğurlayıblar!
    simali-koreyali-hakerler-saxta-sexsiyyet-vesiqelerinden-istifade-ederek-milyardlarla-kriptovalyuta-ogurlayiblar
    13 yaşındakı bir gənc kriptovalyuta dünyasını bir-birinə vurub!
    13-yasindaki-bir-genc-kriptovalyuta-dunyasini-bir-birine-vurub
    Tarixin ən böyük kriptovalyuta oğurluqlarından birini həyata keçirən haker 5 il həbs cəzası alıb!
    tarixin-en-boyuk-kriptovalyuta-ogurluqlarindan-birini-heyata-keciren-haker-5-il-hebs-cezasi-alib
    ABŞ prezident seçkilərinin ən böyük qalibi Elon Musk-dır!
    abs-prezident-seckilerinin-en-boyuk-qalibi-elon-musk-dir
    Donald Trump-ın seçkilərdə özünü qalib elan etməsi Bitcoin-in dəyərinin kəskin şəkildə artmasına səbəb olub!
    donald-trump-in-ozunu-qalib-elan-etmesi-bitcoin-in-deyerinin-keskin-sekilde-artmasina-sebeb-olub