
Ölümcül Mars.
Cəmiyyət Marsa məskənləşmək barədə ciddi ciddi
düşünməkdədir. Elmi tədqiqat tam sürəti ilə davam edir, məruzalar yazılır və
raketlər hazırlanır. Bütün cəhdlərə baxmayaraq Marsa uçmaq hələ də təhlükəli və
ölümcül olaraq qalır. Hal-hazırda bir neçə həlli olmayan təhlükələr varki onlar
Marsın ilk sahiblərini yerindəcə öldürə bilərlər. Gəlin onlarla tanış olaq:
Eniş – Marsın atmosferinin Yer
kimi sıx olmamasını nəzərə alaraq demək olarki, paraşüt sizə kömək etməyəcək
başqa bir yol axtarmaq lazımdır. Hal hazırda Marsa gəmi göndərmək və çəkisi 1
ton olan yükü əzmədən planetin səthinə endirmək mümkündür. Bu isə lazım olan
minimum çəkidən 20 dəfə azdır. Hələki Marsın səthinə ilk insanları göndərməyə səy
göstərən Mars One və SpaceX şirkətləri öz planlarını gizli olaraq saxlayırlar.
Soyuq – Belə
deyək Marsın şəraitini heçdə cənnət deyil və orta tempratur Selsi üzrə -62 dərəcədir.
Təbii ki ekvatordan uzaqlaşdıqca bu tempratur dəyişir. Məsələn ekvator ətrafında
tempratir -27 dərəcə olduğu halda, qütblərdə soyuqluq -175 dərəcəyə çatır.
Alimlər ekstremal soyuqda yaşamaq üçün müxtəlif üsullar fikirləşsələrdə onların
heç biri Marsın soyuğundan, havasız şəraitdə qorumağa bəs etmir.
Aclıq – Marsa yemək ehtiyaclarını çatdırmaq üçün
inanılmaz güc, pul və güc sərf etmək lazımdır. Ona görə də alimlər mini
fermalar haqqında fikirləşirlər. Mars One proyektindən olan alimlər dünyaya bu
problemin həll yolunu təklif ediblər. Onlar 80 m2 sahədə süni işıq,
istilik və planetdən çıxarılacaq su ilə bütün lazımdı məhsulları yetişdirməyi təklif
ediblər. Bu plan kağız üzərində ideal görünsədə əslində reallaşdırılması
qeyri-mümkündür.
Boğulma - Marsda yetişdiriləcək bitkilərdən təkcə yemək
üçün yox fotosintez üçündə istifadə olunacağı planlaşdırılır. Amma kiçin sahədə
həddindən artıq oksigen boğulmaya yaxud partlayışa gətirib çıxara bilər. Bunun
baş verməməsi üçün artıq oksigeni həmin ərazidən çıxartmaq lazımdırki buda
qeyri mümkündür. Çünki ilk növbədə oksigeni digər qazlardan ayırmaq lazımdır.
Hal hazırda isə bu prossesini yerinə yetirə biləcək bir texnologiya yoxdur.
Uçuş – Bütün yuxarıda göstərilən problemlər isə
insanlar ancaq ora uçub sağ salamat enəcəkləri halda qarşılaşa bilərlər. Uçuşun
özü isə ən böyük problemlərdən biridir. Kosmik gəmi kosmik tullantılarla
toqquşa bilər, hər hansı funksiyası sıradan çıxa bilər ən qorxulusu isə kosmik
şüalanmaya məruz qala bilərlər. Yerdə bu şüalanmadan yerin maqnit sahəsi
qoruyur. Şüalanma insanlarda xərçəng xəstəliyi yarada bilər.
Paylaş
Bənzər xəbərlər