
Marian Çökəkliyində eşidilən qəribə səsin nə olduğu tapıldı!
Son ölçmələr əsas götürüldüyündə ən dərin nöqtəsi 11.000
metri keçən çökəkliyin uzunluğu 2.5 km, genişliyi isə 69 km-dir. 2014-cü ildə çökəkliyin
dərinliklərində tədqiqatlar aparan alimlər, məna verə bilmədikləri bir səs qeydə
almış və bu səsin nə olduğunu açıqlaya bilməmişdilər.
Sözügedən səs üzərində işləyən Oregon Dövlət
Universitetinin tədqiqatçıları, Journal of the Acoustical Society of Americada
paylaşdıqları bir məqalə ilə səsin nə olduğunu açıqladılar.
Tədqiqatçılara görə bu səs, Mysticeti (dişsiz balina
olaraq da bilinən) növünə aid, nəhəng ölçülərdə balina ya da balinalara aiddir.
Marian çökəkliyini daha da qorxunc bir yer edən şey isə dərinliklərində bina
ölçülərində balinaların mövcud olmasıdır.
Paylaş
Bənzər xəbərlər