Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı olacaqlar
Digər
31.07.2018
Emil Nəcəfov
Mars planeti üzrə mütəxəssislər olan Bruce Jakosky və Christopher Edwards Mars planetinin
atmosferində nə qədər miqdarda karbon qazının olduğunu və ona hansı miqdarda
CO2-nin əlavə olunmasını öyrənmək üçün qırmızı planetin atmosferinin modelini
yaradıblar. Nəticədə məlum olub ki, Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də
planetdə parnik effektinin yaradılması və temperaturun yüksəlməsi üçün lazımi
miqdarda maddə əldə olunmayacaq. Beləliklə
insanlar Mars planetinin səthində skafandr olmadan gəzə bilməyəcəklər.
Artıq
uzun illərdir ki, insanlar Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halında
Mars planetində insanlıq üçün koloniyanın yaradılacağına ümid edirlər. Lakin
planetin səthindəki temperatur -40 dərəcədir. Bu isə insanlıq üçün münbit şərait
göstəricilərindən çox uzaqdır. Planetin səthindəki buzlaqların tərkibində
karbon qazının olmasını müəyyənləşdirdikdən sonra alimlər Mars planetinin
terraformalaşdırılması ideyasını təklif etdilər. İdeya ondan ibarətdir ki, Mars
planetindəki buzlaqları əritdikdən sonra atmosferə yetəri miqdarda CO2 daxil olacaq.
Bu isə növbəsində parnik effekti yaradaraq planet səthindəki temperaturu yüksəldəcək.
Jakosky və Edwards MAVEN, Mars Express, Mars Reconnaissance və Mars Odyssey
missiyalarının məlumatlarını analiz edəndən sonra belə nəticəyə gəliblər ki,
Mars planetinin iqliminin dəyişdirilməsi qeyri-mümkündür. Məsələ burasındadır
ki, Mars planetindəki bütün buzlaqların əridilməsi halında belə atmosfer təzyiqi
yalnız 15 mbar-a (millibar) kimi qalxacaq. Müqayisə üçün qeyd etmək lazımdır
ki, Yer kürəsində bu göstərici 987 mbar-dır. Bu isə o deməkdir ki, Mars
planetində insanlar üçün münbit şərait yaratmaq mümkün olmayacaq. Hər halda
planetin terraformalaşdırılması üsulu bu prosesdə yaramayacaq.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək