Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı olacaqlar

Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı olacaqlar

Digər
31.07.2018 PAYLAŞIM

    Mars planeti üzrə mütəxəssislər olan  Bruce JakoskyChristopher Edwards Mars planetinin atmosferində nə qədər miqdarda karbon qazının olduğunu və ona hansı miqdarda CO2-nin əlavə olunmasını öyrənmək üçün qırmızı planetin atmosferinin modelini yaradıblar. Nəticədə məlum olub ki, Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də planetdə parnik effektinin yaradılması və temperaturun yüksəlməsi üçün lazımi miqdarda maddə əldə olunmayacaq. Beləliklə insanlar Mars planetinin səthində skafandr olmadan gəzə bilməyəcəklər.

    Artıq uzun illərdir ki, insanlar Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halında Mars planetində insanlıq üçün koloniyanın yaradılacağına ümid edirlər. Lakin planetin səthindəki temperatur -40 dərəcədir. Bu isə insanlıq üçün münbit şərait göstəricilərindən çox uzaqdır. Planetin səthindəki buzlaqların tərkibində karbon qazının olmasını müəyyənləşdirdikdən sonra alimlər Mars planetinin terraformalaşdırılması ideyasını təklif etdilər. İdeya ondan ibarətdir ki, Mars planetindəki buzlaqları əritdikdən sonra atmosferə yetəri miqdarda CO2 daxil olacaq. Bu isə növbəsində parnik effekti yaradaraq planet səthindəki temperaturu yüksəldəcək.

    Jakosky və Edwards MAVEN, Mars Express, Mars ReconnaissanceMars Odyssey missiyalarının məlumatlarını analiz edəndən sonra belə nəticəyə gəliblər ki, Mars planetinin iqliminin dəyişdirilməsi qeyri-mümkündür. Məsələ burasındadır ki, Mars planetindəki bütün buzlaqların əridilməsi halında belə atmosfer təzyiqi yalnız 15 mbar-a (millibar) kimi qalxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsində bu göstərici 987 mbar-dır. Bu isə o deməkdir ki, Mars planetində insanlar üçün münbit şərait yaratmaq mümkün olmayacaq. Hər halda planetin terraformalaşdırılması üsulu bu prosesdə yaramayacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Netflix-in 2020 planları: 17.3 Milyard dollar vəsait film və seriallar üçün ayrı..

Nəhəng platforma olan Netflix 2020-də kontentlərin hazırlanmasına 17.3 Milyard dollar vəsait ayıraca..


Hava Limanında sıxılan sərnişin monitorlara PlayStation 4 qoşub oyun oynadı..

ABŞ-da Portland hava limanında təyyarəni gözləməkdən sıxılan sərnişin hava limanındakı monitorlara P..


Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilə..

Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsi..


Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. ..


Blogstar 2 yaşını qeyd edir

Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbayc..


Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə on..