
Mars şəraitində becərilmiş tərəvəzlərin aqibəti
Mars-a uçuş missiyasının hazırlanmasında iştirak edən
hollandiyalı alimlər bildiriblər ki, hazırlıq çərçivəsində Mars mühitinin
imitasiyası vəziyyətində becərilmiş tərəvəzlər qidalanmaq üçün əlverişli hala gəliblər.
Mars mühitinə bənzər mühitdə tərəvəzlərin becərilməsi ilə Niderland-da yerləşən
Vaqeninqen Universitetinin alimləri məşqul olublar. İlk məhsul siyahısına turp,
noxud, çovdar və pomidor daxil idi. Güman olunur ki, planlaşdırılan Mars
missiyası çərçivəsində kolonistlər özləri ilə hazır qida məhsullarından əlavə
becərilməsi üçün nəzərdə tutulmuş bitkilər də aparacaqlar. Məhz buna görə
NASA-da Mars mühitinə bənzər şərait yaradılıb. 2015-ci ildə yaradılmış süni
Mars torpağından indiyənə kimi 10 dəfə məhsul yığımı olub. Lakin hələ də tam
aydın deyildi ki, həmin məhsullar qida üçün yararlıdırlar yoxsa yox. Belə ki,
onların tərkibində ağır metallar (kadmium, mis, qurğuşun) var idi. Yeni məhsul
yığımından sonra alimlər bildiriblər ki, becərilmiş yeni tərəvəzlərdə ağır
metalların izləri yoxdur və onlar qidalanmaq üçün əlverişlidirlər. Növbədə hələ
6 növ tərəvəzi də test etmək durur. Qeyd edək ki, NASA Mars-a ilk uçuşu növbəti
10-15 il ərzində planlaşdırır.
Paylaş
Bənzər xəbərlər