
Mars səthində yadplanetlilərə aid kosmik gəmi aşkarlanıb (VİDEO)
Marsın orbitindən çəkilmiş fotolardakı obyekt, qəzaya uğramış kosmik gəmiyə bənzəyir.
UFOvni2012 adı altında gizlənən
virtual arxeoloq şüphə etmir ki, Mars Global Surveyor aparatı tərəfindən çəkilmiş
fotolardakı obyekt yadplanetlilərin qəzaya uğramış kosmik gəmisidir. "Technote.az"ın "Kp.ru"a istinadən verdiyi xəbərə əsasən fotolardakı kosmik gəmi ürək formasındadır. Diametri 190 m olan obyekt planetin Medusae Fossae adlı rayonunda yerləşir. Mütəxəssislərin məlumatlarına görə bu
rayon qəribə xüsusiyyətlərə sahibdir. Belə ki, rayon radar siqnallarını əks
etdirmir. Məhz buna görə o ərazini stealth rayon adlandırırlar. Güman olunur
ki, həmin ərazinin bu xüsusiyyətinə görə yadplanetlilər qəza uğrayıblar.
Virtual arxeoloq əmindir ki, bu obyekt yadplanetlilərin kosmik gəmisidir. Çünki
insanlar bu cür obyektlərə sahib deyillər. Bundan əlavə olaraq arxeoloq kosmik
gəminin sərt enişdən yaranmış izi də müşahidə edib. O, belə bir qərara gəlib
ki, böyük ehtimalla kosmik gəmi uzun müddət deyil bundan öncə deyil, yaxın zamanda Marsda qəza enişi
edib. Həmin obyektin həqiqətən də yadplanetlilərə aid kosmik gəmi
olub-olmadığını isə sadəcə olaraq nəzəri cəhətdən söyləmək olar.
Paylaş
Bənzər xəbərlər