Mars səthinin zəhərli olduğu aşkar edilib
Digər
12.02.2018
Farid Pardashunas
Alimlərin yeni tədqiqatları göstərib ki, Mars planetinin torpağındakı birləşmələr bakteriyaları bir neçə dəqiqəyə məhv edir.
Beləliklə mikroorqanizmlərin Mars
planetinin səthində sağ qala biləcəkləri barəsində alimlərdə şübhələr yaranıb.
Belə ki, alimlər Mars torpağında perxloratlar (xlor turşusunun duzları) aşkar
ediblər. Perxloratlar isə güclü turşular hesab olunur və onların Mars
planetinin torpağında aşkar olunması planetdəki həyatın tapılmasını sual altına
qoyur. Həmçinin bu duzlu birləşmələr Mars planetinin səthində suyun maye şəklində
qalmasına səbəb olur. Ultrabənövşəyi şüaların təsiri sayəsində perxloratlar çox
güclü turşulara çevrilirlər. Nəzərə alsaq ki, Mars Yer küəsi ilə müqayisədə
daha nazik atmosfer qatına sahibdir, onun səthində bu cür şüalanmalar daha çox
olur. Mars səthində perxloratın olması gözlənilməz nəticə olub və alimlər onu
müşahidə etməkdə davam edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ