main-post-cover

    Mars səthinin zəhərli olduğu aşkar edilib

    Digər
    12.02.2018
    Farid Pardashunas
    Alimlərin yeni tədqiqatları göstərib ki, Mars planetinin torpağındakı birləşmələr bakteriyaları bir neçə dəqiqəyə məhv edir.
        Beləliklə mikroorqanizmlərin Mars planetinin səthində sağ qala biləcəkləri barəsində alimlərdə şübhələr yaranıb. Belə ki, alimlər Mars torpağında perxloratlar (xlor turşusunun duzları) aşkar ediblər. Perxloratlar isə güclü turşular hesab olunur və onların Mars planetinin torpağında aşkar olunması planetdəki həyatın tapılmasını sual altına qoyur. Həmçinin bu duzlu birləşmələr Mars planetinin səthində suyun maye şəklində qalmasına səbəb olur. Ultrabənövşəyi şüaların təsiri sayəsində perxloratlar çox güclü turşulara çevrilirlər. Nəzərə alsaq ki, Mars Yer küəsi ilə müqayisədə daha nazik atmosfer qatına sahibdir, onun səthində bu cür şüalanmalar daha çox olur. Mars səthində perxloratın olması gözlənilməz nəticə olub və alimlər onu müşahidə etməkdə davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər