
Mars Yer kürəsinə nə zaman yaxın məsafədə olacaq?
Təqribən 2 ildən bir Mars planetinin qarşıdurması baş verir. Həmin dövrdə Yer kürəsi yüksək dəqiqliklə Günəşlə Marsın arasında yer alır. Beləliklə həmin zaman Marsı daha aydın görmək mümkün olur. Mars Yer kürəsinə nisbətən Günəşdən 1.5 dəfə daha uzaqda yerləşərək 687 Yer sutkası ərzində Günəşin ətrafında dövr edir. Nəticədə iki planet bəzən Günəşin müxtəlif hissələrində, bəzən isə bir birilərinə çox yaxın məsafədə yerləşirlər. Marsın qarşıdurmaları hər 26 aydan bir baş tutur. Bununla belə hər 15-17 ildə onlar heyrətləndirici olurlar. Yaxın zamankı Mars qarşıdurması 27 İyul 2018-ci il tarixində baş tutacaq. 22 May 2016-cı il tarixində isə Mars Yer kürəsindən 76 milyon km uzaqlıqda olacaq. Bu vəziyyət 12 iyun tarixinədək davam edəcək. Həmin günlərdə planeti görmək üçün heç bir çətinlik yaratmayacaq.
Paylaş
Bənzər xəbərlər