Marsın terraformalaşdırılması nə dərəcədə mümkündür?

Marsın terraformalaşdırılması nə dərəcədə mümkündür?

Digər
03.12.2017 PAYLAŞIM

Bizə hələki bütün kainatda qəliz və şüurlu həyat formasının var ola biləcəyi bir yer məlumdur. Baxmayaraq ki, digər və uzaq ulduzlar arasında Yer kürəsinə bənzər və hətta onlarda da şüurlu həyat formasının olma ehtimalı varsa da biz bunu dəqiq bilmirik. Və indiyənə kimi biz heç Yer kürəsinə bənzər bir yer də tapmamışıq. Lakin bu cür şəraiti Günəş sistemində axtarsaq, onda necə? Bu halda ən əlverişli namizəd Marsdır. Alimlərin fikrincə keçmişdə Bu planet Yer kürəsinin şərtlərinə sahib olub. Lakin həyat üçün vacib həmin şərtləri yenidən qaytarmaq mümkündürmü? Nə vaxtsa Mars yenidən həyatın var ola biləcəyi bir yerə çevrilə bilərmi? Bu suala astrofizik Ethan Siegel cavab verib.



Hələki insanlar Mars planetini mənimsəməyə çalışırlar. Bu çox çətin məsələdir. Belə ki, planetin torpaq mühiti zəhərlidir, atmosfer yoxdur və bakteriyalar sağ qala bilmirlər. Bəs planeti terraformalaşdırsaq, onda necə? Lakin həmin məsələdə ən böyük problem ondan ibarət olacaq ki, planetin maqnit sahəsi yoxdur. Qeyd etmək laızmıdr ki, Yer kürəsində atmosferi yerində saxlayan məhz maqnit sahəsidir. Bizim müasir texnologiyalarımıza baxan zaman biz istənilən səviyyədə pessimist ola bilərik. Lakin günlərin birində Marsın, həyatın var ola biləcəyi bir dünyaya çevrilməsi ehtimalı mümkündür. Təbii ki, Marsın torpaq mühitinin zəhərli olmasına baxmayaraq, Yer kürəsində də bu cür yerlər var. Müəyyən mühitin həyat üçün vacib özəlliklərə sahib olamsının müəyyən kriteriyaları vardır. Torpaq mühitinin turşuluğu, nəmişliyin miqdarı və zəhərlənməyə məruz qalmayaraq elementləri, molekulları və qidalandırıcı maddələri saxlama bilmə qabiliyyəti. Yer kürəsində zərərli torpaq mühitini kimyəvi təsirlərin köməyi ilə dəyişdirmək mümkündür və bu cür şeyi həmçinin Marsda edə bilməyin mümkün olmadığını düşünmək üçün heç bir əsas yoxdur.


Bəlkə də bu, işin ən sadə tərəfidir. Yer kürəsindəki kimi Marsın torpaq mühitində inkişaf etməyə malik mikroorqanizmlərə sahib olacağımız zaman həmin planetdə düzgün həyat şəraitinin yaradılması haqqında düşünmək olar. Marsın ən ciddi problemlərindən biri də odur ki, o qurudur. Bu o demək deyil ki, o, su buxarına və buzlaqlara sahib deyil. Onlar var. Lakin əsas problem ondan ibarətdir ki, yüksək miqdarda suyu maye şəklinə hansı üsulla keçirtmək olar. Baxmayaraq ki, sutkanın müəyyən vaxtlarında Marsda maye və duzlu halda su axınları olur, onlar adətən ya donmuş şəkildə, ya da buxarlanmış şəkildə olurlar. Məlum məsələdir ki, Yer kürəsində həyatın var olması üçün əsas şərtlərdən biri də maye şəklində sudur. Lakin Marsda o yoxdur. Bunun fiziki səbəbi çox sadədir. Belə ki, planetin nazik atmosferə sahib olması səbəbindən onun səthində maye suyun saxlanması qeyri-mümkündür. Maye su müəyyən atmosfer təzyiqi tələb edir. Məsələn Yer kürəsinin sahib olduğu atmosfer təzyiqinin 1%-i bu iş üçün lazımdır. Mars isə Yer kürəsinin sahib olduğu atmosfer təzyiqinin 0.7%-nə sahibdir. Əgər siz planet səthində yaxşı torpaq şəraiti, mikroskopik həyat forması, yararlı biosfer, okean və s. kimi vacib həyat faktorlarını yaratmaq istəsəydiniz, onda siz daha çox atmosferin əlavə olunmağına nail olmalı idiniz.


Yer kürəsinin atmosferinə yaxın bir səviyyədə atmosfer yaratmaq üçün siz Mars planetinin hazırki atmosfer səviyyəsinə 140 dəfə daha çox atmosfer əlavə etməli olacaqsınız. Lakin atmosfer daxil olunsa da, Marsın əsas problemi hələ də qalır. Belə ki, o, özünü günəş küləyindən qoruya biləcək maqnit sahəsinə sahib deyil. İndinin özündə də atmosfer ilə elektrikləşdirilmiş hissəciklərin toqquşması səbəbilə Mars öz atmosferini itirməkdə davam edir. Hal hazırda Marsın atmosferi karbon dioksiddən ibarətdir. Bu isə azot və oksigendən daha ağır kimyəvi birləşmədir. Əgər biz daha çox atmosfer daxil etsəydik, ilk növbədə həmin atmosferi necə qoruyub saxlamaq barəsində düşünməli idik. Bəlkə də hər şey heç də o qədər pis deyil. Belə ki, iş fiziki məsələlərə gəldikdə, əsas olan hər şeyi hesablamaqdır.


Əsas olan nəyin baş verəcəyini deyil, baş verəcək şeyin hansı sürətlə getməsidir. Heç şübhəsiz Günəş küləyi Mars planetinin atmosferini məhv edir. Lakin bu hansı sürətlə baş verir. MAVEN adlı missiya sayəsində məlum olub ki, bu göstərici saniyədə 150 qramdır. Təbii ki, Günəş qasırğaları zamanı bu sürət daha da artır. Lakin terraformalaşdırma sayəsində yaradılmış atmosferin Günəş küləyi vasitəsilə hansı müddətə məhv olacağını hesabladıqda nəticəyə gəlmək olar ki, bu minimum yüz milyonlarla il ərzində baş verəcək. Güclü maqnit sahəsinin yaradılması yerinə isə itkini kompensasiya etmək üçün sadəcə olaraq atmosferə hissəciklər əlavə etmək olardı. Təbii ki, heç bir ehtimalla Yer kürəsindən imtina edərək Mars planetini potensial ev kimi görmək lazım deyil. Mars gələcəkdə bizim yeni evimiz ola bilər. Lakin indiki vaxtda biz Yer kürəsini çirkləndirməyi dayandırmalı və əsas ekoloji problemləri həll etməliyik. Nə də olmasa Yer kürəsi Günəş sisteminin ən canlı planetidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..


Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı (Video)

Türk dizayner olan Kamer Kaan Avdan hələ mövcud olmayan Windows 20 üçün möhtəşəm bir konsept dizayn ..

×