
Marvel-in digər məşhur personajı "Spider-Man: Homecoming" filmində geri qayıdacaq
Marvel
Studios-un direktoru Kevin Feige bir müddət bundan öncə bildirmişdi ki, "Spider-Man:
Homecoming” filmində Marvel-in digər personajları da yer alacaqlar. Verilən
məlumata əsasən Sony Pictures tərəfindən çəkiləcək "Spider-Man: Homecoming” filmində Iron Man
personajı qayıdacaq. Qeyd edək ki, Marvel ilə Robert Downey Jr. arasında
bir neçə il bundan öncə bağlanmış müqaviləyə əsasən aktyor Spider-Man haqqında
çəkiləcək yeni filmdə rol almamalıdır. Lakin görünür şirkət aktyorun filmdə
oynaması üçün çox əziyyət çəkib. Bundan əlavə olaraq bir neçə vaxt bundan öncə
məlumat paylaşılmışdı ki, Marvel Michael Keaton ilə danışıqlar aparır. Məlumata
əsasən Michael "Spider-Man: Homecoming” filmində mənfi obrazı canlandıracaqdı.
Lakin hansı personajdan söhbət getdiyi bilinmirdi. Təəssüf ki, Michael Keaton
ilə danışıqlar nəticəsiz olub. "Spider-Man:
Homecoming” filmi 2017-ci ilin iyun ayında böyük ekranlara çıxacaq. Filmin çəkilişləri
isə yaxın bir ay ərzində start götürəcək. Spider-Man obrazını Tom Holland
canlandıracaq.
Paylaş
Bənzər xəbərlər