
Marvelin yumorla arası yaxşıdır. Deadpool filminin traileri təqdim olunub
Comic-con 2015 sərgisi çərçivəsində yalnız sərgi iştirakçılarına göstərilmiş "Deadpool" filminin traileri nəhayət internetdə yayımlanıb. Süjet xətdinə əsasən Wade Wilson aparılmış təcrübələr nəticəsində geyri-adi gücə sahib olur. Lakin onun DNT strukturu dəfələrlə dəyişir və o psixi cəhətdən stabil olmur. Wade bu təcrübələri aparmış adamları taparaq onlardan qisas almaq istəyir. Rejissoru Tim Miller olan filmdə baş rolları Ryan Reynolds, Morena Baccarin, Gina Carano, T.J. Miller və digərləri canlandırıblar. "Deadpool" filminin premyerası gələn ilin fevral ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər