Logo
    main-post-cover

    Medianın İnkişafı Agentliyi rəqəmsal təhlükəsizliklə bağlı qanun dəyişikliklərini müzakirəyə çıxarıb

    Digər
    11.06.2026
    Farid
    10 iyun tarixində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihənin ictimai müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları, media nümayəndələri, ekspertlər və rəqəmsal məzmun yaradıcıları iştirak ediblər.
    Technote.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qanun layihəsinin uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinəmilli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəldiyini bildirib. Onun sözlərinə görə, dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.
    Müzakirələr zamanı rəqəmsal platformaların cəmiyyətə təsiri, informasiya təhlükəsizliyi, vətəndaş hüquqlarının qorunması və sağlam informasiya mühitinin formalaşdırılması məsələləri önə çıxarılıb. Qeyd olunub ki, qanunvericiliyin təkmilləşdirilməsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
    Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə istifadəçilərin hüquqlarının qorunması və təhlükəsiz informasiya ekosisteminin yaradılması vacibdir. Milli Kibertəhlükəsizlik Agentliyi isə layihədə nəzərdə tutulan yeniliklərin rəqəmsal təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət etdiyini vurğulayıb.
    Müzakirələrdə uşaqların zərərli məzmundan qorunması, media və informasiya savadlılığının artırılması, eləcə də qanun layihəsinin tətbiq mexanizmləri və mümkün təsirləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş müxtəlif təkliflər və yanaşmalar səsləndirilib.
    Paylaş
    Bənzər xəbərlər