
Medium’un rəsmi Azərbaycan səhifəsində necə məqalə yazmaq olar?
Bildiyiniz
kimi Medium platformu hər il böyüyərək inkişafına davam edir. Burada insanlar
öz hekayələrini bölüşür və oxucularından geri dönüşlər alırlar. Medium’un
"localization” komandası sayəsində rus, türk, italyan, fransız, alman, finland,
isveç və digər dillər üzrə xidmət göstərən xüsusi səhifələr yaradılmışdır. Bu səhifələrin
əsas məqsədi digər ölkələrdə də Medium istifadəçilərinin sayını artırmaq və
maraq oyatmaqdır. Artıq ölkəmizin də bu siyahıya əlavə olunduğunu bildirmək istərdik.
2015-ci il, fevral ayının 20-si Rüfət Məmmədli tərəfindən "Medium Azərbaycan”
açılmış və hamının istifadəsinə verilmişdir.
Əgər bu səhifənin rəsmi olub-olmamasını təsdiqləmək
istərsəniz, Medium-un öz səhifəsində paylaşılmış dillərin siyahısına nəzər
yetirə bilərsiniz. Hazırda səhifədə fərqli
sahələrdən yazılmış maraqlı hekayələr mövcuddur. Əgər siz də burada yazar olub,
yazılarınızın paylaşılmasını istəyirsinizsə "Medium Azərbaycan”-nın facebook səhifəsinə və ya rufatmdl@gmail.com e-mail adresinə "Medium ID” ünvanınız və yazılarınızdan bir neçə nümunələr
ilə birlikdə göndərin. Onu da bildirmək istərdik ki, Medium rəsmiləri növbəti
illərdə yazılan hekayələrdən qazanc əldə edilə biləcəyi barədə açıqlama vermişdir.
Paylaş
Bənzər xəbərlər