
Məktəblilər üçün ödənişsiz “ Barama Junior Academy Summer IT School” layihəsi uğurla həyata keçirildi (VİDEO)
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin
PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi “Coding Kids – Summer IT
School” layihəsinin dərsləri artıq başa çatıb. 31 avqust tarixində Boulevard
Hotel Baku-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə
sertifikat təqdim olunub.
Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə
iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal
savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün
“Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter
və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib. 15
iyul-25 avqust tarixlərində baş tutan layihədə 50 məktəbli iştirak edib. Mərkəzin
təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış
olmağa başlayıblar.
“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11
və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq
Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən
dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və
Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması,
Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris
edilib.
Paylaş
Bənzər xəbərlər