
Mel Gibson "The Passion of the Christ" filminin davamını çəkməyi planlaşdırır
Mel Gibson və ssenarist Randall Wallace "The Passion of the Christ” filminin davamı üzərində
işlərə başlayıblar. Məlumata əsasən ikinci film İsanın çarmıxa çəkilməsindən
sonrakı hadisələri əks etdirəcək. "Mən həmişə bu hekayəni danışmaq istəmişəm.
Birinci film yalnız başlanğıc idi. Həmin hadisələrdən sonra daha maraqlıları
baş verib” – deyə Wallace bildirib. Qeyd edək ki, Mel Gibson Randall Wallace ilə
birlikdə vaxtı ikən "Bravehearth” filmi üzərində çalışıblar. İkinci filmin çəkiliş
qrafiki və premyera tarixi hələki bilinmir. Mel Gibson-un təmsilçiləri isə bu
barədə heç bir açıqlama verməyiblər. Qeyd edək ki, "The Passion of the Christ” filmi 2004-cü ildə böyük
ekranlara çıxaraq böyük uğur qazanmışdır. 30 milyon dollar büdcə ilə çəkilmiş
film 600 milyon dollar gəlir gətirmişdir. Birinci filmdə rol almış aktyorların
ikinci filmdə qayıdacaqları bəlli deyil.
Paylaş
Bənzər xəbərlər