
Mercedes-dən off-road E-Class!
Digər
25.07.2017
Aynar
Mercedes-in E-Class-ı da şirkətin yeni off-roader trendinə qoşulur. Yeni E-Class Wagon yerdən 40 sm hündürlükdədi. 3.5 litr 326 at güclü mühərriki yenə turbodan istifadə edir. Böyük qardaşlarında istifadə olunan sistemin öz ölçüsünə uyğunlaşdırılmış versiyası ilə təchiz olunan avtomobilin off-road bacarıqları öz seqmentindəkilərdən çox öndədir.
Bu avtomobilin hündürlük göstəriciləri Hummer-lə eyni səviyyədədir amma off-road bacarıqları amerikan nəhəngini geridə qoyur. 4x4 G-Wagen-də istifadə olunan sistemin köməyilə E-Class ətrafını daim nəzarətdə saxlayır və hansı təkərlərə nə qədər güc ötürməli olduğunu müəyyən edir. Avtomobil üçün Mercedes artıq sifarişlər almağa başlayıb. Qiyməti dəqiq olmasada 130.000 avrodan baha olması gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
