main-post-cover

    Mercedes ilk pick-up-ını istehsal etdi! Mercedes-Benz X-Class

    Digər
    21.07.2017
    Aynar Məmmədzadə
    Mercedesin yeni X-Class pickup-ı öz debütünü reallaşdırdı. Cənubi Afrikada satışa buraxılan avtomobil daha sonra Avropa və Asiyada satışa çıxarılacaq.

    X-Class 2 fərqli transmisiyya, 4 mühərrik  və 3 çəkiş sistemilə təqdim olunur. Mercedes pick-up bazarında yeni olduğu üçün X-Class-ı Renault-Nissan əməkdaşlığı ilə hazırlayıb. Elə bu səbədən X-Class-ın şassisi Nissan Navaranınki ilə eynidir. Eyni zamanda bundan əlavə avtomobilin içindəki müəyyən detallarda Navaradakilərlə eynidir.  X-Class-ın Avropa satışına noyabr ayının əvvəlində start veriləcək. Avtomobilin qiyməti 37.000 avrodan başlayacaq.
    Linki kopyala