
Məşhur Dirt yarış oyun seriyasının 4-cü hissəsi anons olundu (VİDEO)
"Codemasters”şirkəti rəsmi olaraq Dirt 4 yarış oyununu anons etdi.
Yeni oyun, keçmiş hisslərin və Dirt Rally oyununun ən yaxşı
xüsusiyyətlərini özündə birləşdirəcək və yeni özəllikləri ilə pərəstişkarları
sevindirəcək. Məsələn Your Stage funksiyası sayəsində istifadəçilər bir düymənin
sayəsində sonsuz sayda yarış yolları yarada biləcəklər. Sistem, sizdən yarış
yerini və parametrləri tələb edəcək. Həmin məlumatları daxil edəndən sonra oyun
özü avtomatik məlumatları incələyəcək və istədiyiniz yarış yolunu sizə təqdim
edəcək. Oyunun əsas hissəsi, singleplayer rejim, ralli məktəbi, müxtəlif
oyundaxili tədbirlər, avtomobillər və təkmilləşdirilmiş hava dəyişkənliyi
sistemini təklif edəcək. Bundan əlavə, studiya, FIA World Rallycross-nan əməkdaşlıq
müqaviləsi imzalayıb. Bu isə o deməkdir ki, yeni oyunda sözügedən çempionatın
yarış yolları da olacaq. Həmçinin oyuna yük maşənları və buggy yarışları daxil
ediləcək. Dirt 4 bu ilin İyun ayında PS4, Xbox One və PC üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər