
Məşhur fizik Lawrence Krauss-dan elm, din, kainat və s. haqqında 12 maraqlı sitat
17 İyun tarixində Moskvada keçirilmiş Geek Picnic adlı
festivalda məşhur fizik Lawrence Krauss, kainatın yaradılışı və elmin bütün sahələrindəki
vaciblikdən danışdı. Biz isə həmin çıxışdan 12 ən maraqlı sitatı sizlərə təqdim
edirik.
Ən vacib özəllik haqqında:
Bəlkə də bu festival və kainat haqqında bildiyim ən vacib
xüsusiyyət budur: Ən çətini, əslində qarşında nəyin olduğunu görməkdir. Elmin
gözəlliyi ondadır ki, o, reallığın illüziyasından qurtulmağa və əsl dünyanı
görməyə yardımçı olur.
Dünyanın necə qurulması haqqında:
Qış fəslində qar dənəciyini gördüyünüz zaman təsəvvür edin
ki, siz həmin dənəciklərdən birinin üzərindəsiniz. Əgər siz qar dənəciyinin üzərində
yaşasaydınız, dünya sizin üçün bir qədər fərqli görünəcəkdi. Qar dənəciyinin
bir oxunda müəyyən fiziki qanun olduğu halda, ona perpendikulyar olan digər
hissədə isə tamamilə fərqli fiziki qanunlar var. Fiziklər, fiziki qanunların
hansı səbəbə görə bir istiqamətdə başqa cür, digər istiqamətdə isə tamamilə fərqli
şəkildə olduğunu izah edə bilərdilər. Teoloqlar isə hansısa istiqamətdə müəyyən
fiziki qanunun məhz tanrı tərəfindən qurulmasını söyləyəcəkdilər. Lakin real
kainatda olduğu kimi bütün bunlar sadəcə olaraq illüziyadır.
Fizika haqqında:
Fizikada hər şey Hollywoodda olduğu kimidir. Əgər nəsə
çalışırsa kopyala.
Sonsuzluq haqqında:
Fiziklər, sonsuzluqları sevmirlər. Riyaziyyatçılar onları
sevirlər, fiziklər isə onlara nifrət edirlər. Belə ki, əgər sonsuzluq varsa,
onda öncədən nəyisə söyləmək olmaz.
Elm və din arasındakı fərq haqqında:
Siz elm haqqında daha bir vacib xüsusiyyəti öyrənməlisiniz.
Alimlər insanlardır. Bu isə o deməkdir ki, onlar yanılırlar. Lakin elmdə ən gözəl
cəhət ondan ibarətdir ki, yanılmaq, digər insanların səhvlərini keçməyə və
düzgün istiqamətdə hərəkət etməyə yardımçı olur. Elm, skeptisizm, sübutlar,
yoxlanış, təkrar yoxlanış və daimi nəticə idarəolunması üzərində qurulub. Məhz
buna görə elm, din deyil. Məhz buna görə elm çalışır, din isə çalışmır.
Elmin gözəlliyi haqqında:
İnsanlıq özünün ən yaxşı təzahüründə, kainatı kəşf etməyə
hazırdır. Əslində hər şeyin necə qurulduğunu öyrənmək üçün insanlıq öz əqidə və
inancından vaz keçməyə hazırdır. Bu cür yanaşma bizim özümüzə olan nöqteyi nəzərimizi
dəyişir. Elm, musiqi və ədəbiyyat kimi elm də bizim mədəniyyətin bir hissəsidir.
Bu, uğrunda insan olmağa dəyəcək bir xüsusiyyətdir. Biz texnologiyalara böyük
hörmətlə yanaşırıq. Lakin elmin gözəlliyi təkcə tenologiyalarda deyil, həmdə
elmin, bizim özümüzə baxış tərzimizi dəyişə biləcəyindədir.
Böyük Adron Kollayderi haqqında:
Əgər BAK-ı ziyarət etmək kimi bir şansınız olsa bunu mütləq
edin. Onun necə böyük olduğunu sözlərlə ifadə etmək qəlizdir. Lakin onun
haqqında bir şeyi deyə bilərəm. BAK-da hər saniyə, dünyanın bütün kitabxanalarında
olan məlumatlardan daha çox məlumat əldə olunur. Biz hər dəfə bu məlumatların
yeni emal üsullarını kəşf etməli oluruq.
Elmin, insanları birləşdirən dəyər kimi xüsusiyyəti haqqında:
Mən, BAK-ı, 21-ci əsrin qotik tərzində inşa edilmiş kilsə
adlandırıram. Qotik tərzdə hazırlanmış kilsələr əsrlərlə müxtəlif ölkələrdə
olan minlərlə insan tərəfindən o vaxta əsasən ən aparıcı texnologiyalar vasitəsilə
inşa edilmişdilər. Həmin kilsələr, tanrıya sitayiş etmək üçün nəzərdə
tutulmuşdu. BAK isə 10.000-ə yaxın fizik tərəfindən 20 il ərzində inşa edildi.
Onların arasında müxtəlif ölkələrdən olan insanlar var idi və bu insanlar fərqli-fərqli
dinlərə sitayiş edib fərqli dillərdə danışırdılar. Lakin bu o qədər də önəmli deyil.
Onların hamısı kainatın necə çalışdığını öyrənmək istəyirdilər. Onlar bilmək
istəyirdilər ki, nəyə görə biz burdayıq və hardan gəlmişik. Belə bir məqsədə
nail olmaq üçün isə onlar birgə çalışdılar. Bu bir daha onu sübut edir ki, elm
insanları birləşdirir, din isə onları ayırır.
İncəsənət haqqında:
Mən impressionizmi sevirəm. O, uzaqdan möhtəşəmdir. Lakin
ona yaxınlaşdıq da, onun necə bərbad olduğunu görürsən. Təbiəti də buna misal gətirmək
olar.
Darvin haqqında:
Bizə, nəyinsə bilərəkdən yaradılışı haqqında fikir gələndə
biz çox ehtiyyatlı olmalıyıq. Kainat bizim üçün yaradılmayıb və bunu ilk dəfə
bizə sübut edən məhz Darvin oldu. O göstərdi ki, kainatın bizim üçün
yaradılması hissi yalnız illüziyadır. Bu sadəcə olaraq təbii seçmənin təsadüfüdür.
Məhz buna görə Darvin bütün zamanların ən böyük elm adamlarından biridir.
Darvin göstərdi ki, Yer kürəsində olan heyrətləndirici həyat rəngarəngliyi çox
sadə bir şeydən başlaya bilər. Biz isə öyrəndik ki, bütün müxtəlifliklərə sahib
olan kainat da bu cür nöqtədən yaranıb.
Elmin təkamülü haqqında:
Elm öz zamanının məhsuludur. 1863-cü ildə Darvin belə bir
cümləni qeyd etmişdi. “Bugün həyatın yaranışı haqqında düşünmək mənasızdır. Bu,
materiyanın hardan yaranması haqqında düşünməyə bənzəyir”. 1863-cü ildə bu həqiqətən
də dəlisov bir düşüncə idi. Lakin indiki gündə mənə buna görə pul ödəyirlər.
Gələcək haqqında:
Bəlkə də gələcək əhəmiyyətsizdir və nəticə etibarilə hər şey
yox olacaq. Lakin ovqatı pozmağa ehtiyac yoxdur. Ən yaxşısı, təkamül çərçivəsində
öz beynimizi inkişaf etdirərək özümüzə bu cür suallar verib günün altında bu
kiçik andan həz ala bildiyimizə sevinməkdir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...