Məşhur investor Niko Bonatsos erkən mərhələli yeni fond planlaşdırır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Niko Bonatsos uzun illər toxum mərhələli (seed) investisiyalara rəhbərlik etdiyi General Catalyst fondunu tərk edib. Məşhur investor TechCrunch-a açıqlamasında bildirib ki, dostları ilə birlikdə yeni erkən mərhələli vençur kapital (VC) fondu yaratmağı planlaşdırır. Bonatsos xüsusilə IPO-ya hazırlaşan Discord və dəyəri 10 milyard dollar səviyyəsində qiymətləndirilən Mercor kimi startaplara erkən investisiyaları ilə tanınır. O, General Catalyst-dən ayrılmasını qarşılıqlı razılaşma kimi dəyərləndirib və bu dövrü çox faydalı və öyrədici təcrübə adlandırıb.
Son illərdə General Catalyst klassik VC modelindən kənara çıxaraq sərvət idarəçiliyi, süni intellekt əsaslı PE-üslublu roll-up strategiyaları və gəlirlə təmin olunan, pay verməyən maliyyələşmə modeli (Customer Value Fund) kimi yeni istiqamətlərə yönəlib. Bu transformasiya fonunda fonddan bir neçə tanınmış investor da ayrılıb. Yeni yaradılacaq fondla bağlı Bonatsos hələ ad və ya investisiya həcmi açıqlamayıb.
Paylaş
Bənzər xəbərlər