
Məşhur mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində
ABŞ-da yaşayan iş adamı, eləcə də sosial sahibkarlıq sahəsində
tanınmış mentor Kamran Elahian Bakı Mühəndislik Universitetinin (BMU) qonağı
olmuşdur. Əvvəlcə, qonaqla Universitetin rektoru professor Havar Məmmədov
görüşdü. Görüşdə qonağa universitetin fəaliyyət istiqamətləri və potensial
imkanları haqqında geniş məlumat verildi. Görüşdə gələcəkdə əməkdaşlıq
imkanları da müzakirə edildi.
Rektorla görüşdən sonra, Kamran Elahian Universitetin
professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış etdi. 100
milyonlarla dollar dəyər ilə ölçülən 10 fərqli şirkətin təsisçisi olan K.
Elahian öz həyatında qazandığı təcrübələri, nailiyyətləri və dünyada baş verən
innovativ prosesləri, o cümlədən gələcəkdə gözlənilən texnoloji yeniliklər və
onların ola biləcək nəticələri haqqqında geniş məruzə etdi. Maraqlı anlarla
yadda qalan görüş tələbələrin də müzakirələrdə iştirakı ilə daha da səmərəli
oldu.
Görüşün sonunda iştirakçıların suallarini cavablandıran K.
Elahian Universitetin laboratoriya imkanları ilə tanış oldu. K. Elahian BMU
Texnoparkı ilə tanış oladu və burada dəstəklənən startap komandaları, eləcə də
Texnoparkın rezidentlərlə görüşərək tövsiyələr verdi.
Xatırladaq ki, K. Elahianın təqdimatında keçirilən görüşlərin
təşkilatçılığını BMU-da fəaliyyət göstərən "Techno Club" tələbə dərnəyi
yerinə yetirirdi.
Paylaş
Bənzər xəbərlər