
Məşhur Uncharted oyun seriyasının filmi gəlir
Məşhur Unchated oyun seriyasının əsasında film çəkiləcək.
Bir neçə həftə bundan öncə məlum oldu ki, Unchated oyun
seriyasının əsasında çəkiləcək filmin ssenarisi artıq hazırdır. İndi isə filmin
təqribi çəkiliş qrafiki bəlli olub. Deməli, çəkilişlərə bu ilin yaz fəslinin
sonlarında start veriləcək. Bununla yanaşı çəkiləcək filmin süjet xəttinin qısa
özəti internetdə paylaşılıb. Sinopsisə əsasən filmin yaradıcıları tamamilə yeni
bir ssenari fikirləşməyərək orijinal oyunun (Unchated: Drake’s Fortune) süjet xəttini
filmdə əks etdirəcəklər. "Məşhur dəniz səyyahı Francis Drake-in əcdadı olan Nathan
Drake, əfsanəvi Cənubi Amerika şəhəri Eldorado-nun yerini aşkarladığını güman edir. Əfsanəyə görə tamamilə
qızıldan olan bu şəhərin axtarışına rəqib səyyah da qatılandan sonra Nathan-ın
işləri bir qədər çətinləşir”. Film barədə daha çox məlumatı çəkilişlərə yaxın
müddətdə öyrənmək mümkün olacaq. Filmin çəkilişləri əsasən Kolumbiyada baş
tutacaq. Qeyd etmək lazımdır ki, rejissor qismində "Night at the Museum” film
seriyası və "Stranger Things” teleserialı kimi layihələri ilə tanınan Shawn
Levy çıxış edəcək.
Paylaş
Bənzər xəbərlər