
Məsləhətli App #1: 'Cambly' - Seçilmiş müəllimlər ilə onlayn xarici dil öyrənmək platforması (İCMAL)
Digər
21.07.2017
Vüsal
İnternet və günü-gündən inkişaf edən əlaqə
vasitələrinin köməyi ilə fərqli dil və mədəniyyətə sahib insanların bir-biri ilə
dialoq qurma imkanları 90-cı illərin sonundan etibarən daha da artmışdır.
Dünyanın hər bir yanında fərqli dillərdə danışan insanların münasibət qurmaq
üçün ən çox istifadə etdikləri beynəlxalq dil şübhəsiz ki, ingilis dilidir.
İngilis dilinin bu qədər əhəmiyyətli dil olmasını sübut edən bir amil kimi orta
məktəblərdə ibtidai siniflərdən etibarən bu dilin tədris edilməsi göstərilə bilər.
Elmi araşdırmalar göstərir ki, dil öyrənmək üçün ən uyğun və faydalı dövr 8-15
yaş aralığıdır. Xarici dil öyrənməyin bu qədər əhəmiyyətli olduğu bir vaxtda bu
bacarığı texnologiyanın köməyi ilə inkişaf etdirmək isə işimizi çox asanlaşdıra
bilər.
Bu xəbərdə sizlərə xarici dil
bacarıqlarınızı inkişaf etdirməyə yardımçı olacaq Cambly-ni təqdim edirik.
Skype-a bənzəyən bu öyrədici tətbiqdə ingilis və ispan dillərini öyrənə və
inkişaf etdirə bilərsiniz. İki köhnə Google proqramçısı Sameer
Shariff və Kevin Law tərəfindən 2013-cü ilin əvvəllərində
yaradılan bu platforma geridə qalan 4 il ərzində bir neçə uğura imza atmışdır.
Cambly tamamilə online danışıq və
praktika metoduna əsaslanır. Bu tətbiqi aylıq “dəqiqə paketləri” satın
alaraq istifadə edirsiniz. Məsələn, hər gün 15 dəqiqəlik online danışıq dərsləri
qarşılığında aylıq 60 dollar ödəyirsiniz. Xidmətdə qeydiyyatdan keçdikdən sonra
hansı saatlarda danışıq üçün uyğun olduğunuzu qeyd edirsiniz və qarşınıza buna
uyğun müəllimlər çıxır. Müəllimlərin bir neçə sətrlik özləri haqqında
yazdıqları məlumatları oxuyaraq da seçim etmək mümkündür. Danışıq zamanı yol
verdiyiniz səhvləri daha sonra təhlil edə bilmək də xidmətin təqdim etdiyi
imkanlar arasındadır.
Cambly-də müəllim olmaq üçün hər hansısa
bir akademik ixtisasdan və ya spesifik bir sahədən məzun olmaqtələb olunmur. Tədris
etmək istədiyi dili “ana dili” kimi danışa bilən hər kəs Cambly-də müəllimlik
üçün müraciət edə bilər. Xidmət burada çalışmaq istəyən müəllimlərə online
danışığın hər dəqiqəsi üçün 0,17 Cent-lik bir ödəniş edir ki, bu da saatda
10,20 dollar deməkdir. Hal-hazırda xidmətin minlərlə müəllimə sahib olduğunu
qeyd etmək də yerinə düşər.
Cambly tətbiqini Google
Play və AppStore-dan
heç bir ödəniş etmədən yükləyə bilərsiniz. Tətbiqdaxili ödənişlərə gəldik də isə
bunu deyə bilərik ki, dost və tanış çevrəniz böyükdürsə Cambly-dən pulsuz
istifadə də edə bilərsiniz. Çünki xidmət hər dəvət etdiyiniz dostunuza 15 dəqiqə,
həmin dostunuz 15 dəqiqəlik vaxtını istifadə edib bitirdikdə isə sizə 5 dəqiqə
bonus verir. Tətbiqin özündə də qeyd olunduğu kimi əgər dəvət etdiyiniz şəxs
xidmətə abunə olursa siz 60 dəqiqə daha bonus əldə etmiş olursunuz. Müəyyən
sayda şəxs dəvət etdikdən sonra isə Cambly-dən istifadəniz tamamilə ödənşsiz
olur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
