Logo
    main-post-cover

    Meta-nın ən böyük AI data mərkəzi yerli sakinləri niyə qorxudur?

    Digər
    11.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-nin Şimali Luiziana ştatında Meta şirkətinin inşa etdiyi ən böyük süni intellekt data mərkəzi yerli icmanı ciddi narahat edir. Şirkətin Richland Parish bölgəsində tikdiyi 27 milyard dollarlıq obyekt 2030-cu ildə tamamlanmalıdır və illik elektrik istehlakının Nyu-Orlean şəhərindən təxminən üç dəfə çox olacağı gözlənilir.
    Meta Mesa Data Center | DPR Construction
        Bölgədə yaşayan Donna Collins üçün bu ərazi “beş nəsildir ailəsinin yaşadığı sakit və gözəl kənd həyatı” deməkdir. Lakin yanvarın 24-də baş verən yerli sakinlərin “icepocalypse” adlandırdığı hadisə elektrik şəbəkəsinin nə qədər həssas olduğunu bir daha göstərib. Şaxtalı hava və buzlanma nəticəsində yüz minlərlə insan işıqsız qalıb. Collins-in evi dörd gün elektrik enerjisiz qalıb.
        Hazırda Meta-nın data mərkəzi hələ tam fəaliyyətə başlamasa da, icma gələcəkdə vəziyyətin daha da ağırlaşacağından ehtiyat edir. Şimali Luiziana kənd təsərrüfatı ilə formalaşmış bir bölgədir. İndi isə minlərlə kvadratmetr sahəni əhatə edən texnoloji infrastruktur tikilir. Yerli sakinlər yalnız elektrik qiymətlərindən deyil, həm də:
    • Su ehtiyatlarının azalmasından
    • Əmlak və torpaq qiymətlərinin artmasından
    • Vergi yükünün yüksəlməsindən
    • Kirayə qiymətlərinin bahalaşmasından
    narahatdırlar.
    Eyni zamanda bəzi sakinlər layihənin məşğulluq imkanları yaradacağını da qəbul edir. Collins-in qohumlarından biri artıq Meta-nın tikinti sahəsində işləyir. Lakin o deyir: “Biz inkişafın əleyhinə deyilik, amma burada doğulub böyüyən insanlar su, elektrik və torpaq dəyərləri ilə bağlı ciddi suallar verməlidir. Çünki nəticədə qiyməti biz ödəyəcəyik".
    Paylaş