Meta, yemək kuponlarını başqa məqsədlər üçün istifadə edən işçilərini işdən çıxarıb!
Digər
21.10.2024
Farid Pardashunas
Mark Zuckerberg-ə məxsus olan və dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri sayılan Meta, bu günlərdə olduqca qəribə bir xəbərlə gündəmdədir. Məşhur şirkətin gözlənilməz bir səbəbdən işçilərini işdən çıxardığı ortaya çıxıb.
Meta, yemək kuponlarının məqsədəuyğun olmayan istifadəsinə görə bir qrup işçisini işdən çıxarmaq qərarına gəlib. Sosial media nəhəngi işçilərinə səhər yeməyi üçün 20 dollar, nahar və şam yeməyi üçün isə 25 dollar dəyərində gündəlik yemək kuponları verirdi. Lakin bəzi işçilərin bu kuponları məqsədindən kənar istifadə etdiyi üzə çıxıb. Blind platformasında paylaşılan məlumatlara görə, keçən həftə 30-dan çox işçi işdən çıxarılıb. İşçilərin bəzilərinin yemək kuponlarını diş pastası, diş fırçası və şərab stəkanı kimi qida olmayan məhsulların alışı üçün istifadə etdiyi, digərlərinin isə kuponları başqaları ilə paylaşdığı və ya təyin edilmiş büdcəni aşdığı bildirilib.
Məsələ ilə bağlı ziddiyyətli açıqlamalar da diqqət çəkir. Bəzi mənbələr işçilərə əvvəlcədən xəbərdarlıq edildiyini və çoxunun bu davranışı dayandırdığını, lakin 3 ay sonra yenə də işdən çıxarıldıqlarını iddia edərkən, digərləri isə heç bir xəbərdarlıq edilmədiyini irəli sürür. Bu hadisələrdən asılı olmayaraq, Meta-nın WhatsApp, Instagram və virtual reallıq bölməsi olan Reality Labs-da da ixtisarlara getdiyi məlum olub. Şirkətin Forbes 30 Under 30 siyahısına düşən keçmiş təhlükəsizlik mühəndisi Jane Manchun Wong da işdən çıxarılanlar arasındadır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta-nın verdiyi son açıqlamalara görə, Ray-Ban ilə çəkilmiş bütün foto və videolar süni intellekt modellərini inkişafı üçün istifadə olunacaq.
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta şirkəti mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən süni zəka sistemini təqdim edib. Şirkətin bu yeni süni zəka sistemi Movie Gen adlanır.
Harvard tələbələri, Meta eynəklərilə şəxsiyyət məlumatlarını ifşalayan layihə hazırlayıblar!
Harvard tələbələri, Meta eynəklərilə şəxsiyyət məlumatlarını ifşalayan layihə hazırlayıblar!
Harvard tələbələri, Meta-nın Ray-Ban eynəklərindən istifadə edərək şəxsiyyət məlumatlarını açığa çıxaran bir layihə hazırlayıblar.
Meta Quest 3S VR cihazı təqdim edilib - QİYMƏTİ
Meta Quest 3S VR cihazı təqdim edilib - QİYMƏTİ
Meta şirkəti Meta Connect tədbiri çərçivəsində yeni büdcəli VR cihazını təqdim edib. Söhbət, Quest 3S VR-dan gedir. Bu yeni VR cihaz şirkətin aktual olan Quest 3 VR cihazının daha sadələşdirilmiş versiyasıdır.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb