Logo
    Meymun selfi çəkdi. PETA selfinin müəllif hüquqlarının meymuna aid olduğunu deyir

    Meymun selfi çəkdi. PETA selfinin müəllif hüquqlarının meymuna aid olduğunu deyir

    Digər
    14.07.2017
    Selfi çəkən meymunun şəkli artıq gündəmdən çox uzun müddətdirki çıxıb. Amma həmin fotonun müəllif hüquqlarının kimə aid olması mövzusu indi San Fransiskoda yenidən gündəmdədir.
    ABŞ-da heyvan haqlarının qorunması ilə məşğul olan PETA (qısaltma) adlı qurum meymunun çəkdiyi şəkilin müəllif hüquqlarına elə meymunun özünün sahib olduğunu iddia edir. Artıq bu hadisəilə bağlı məhkəmə prosesidə baş tutub. Fotoqraf telefonla bağlandığı məhkəmə zalında "Meymunlar bu gün şəkilin müəllif hüquqlarına sahib olursa, onlara başqa nələr verməliyik?  Əgər meymuna insan kimi yanaşırıqsa o zaman nəzərə alınki, bu şəkili çəkərkən meymun fotoqrafın telefonunu oğurlamışdı" deyərək özünü müdafiə edib. PETA isə 6 yaşlı Naruto adlı erkək cinsli meymuna aid olduğunu iddia etdiyi bu şəkilin müəllif hüquqlarının meymuna aid olduğu əsasını müdafidə edib.
    2016-cı ildə məhkəmə PETA-nın əlehinə qərar çıxarmışdı. İndi isə məhkəmə prosesi yenidən başlanıb və təxminən 1 il davam etməsi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...