
'Microsoft', 'Apple'ı ideya oğurluğunda ittiham edir
“Microsoft” şirkətinin icraçı direktoru Ryan Gavin bildirib ki, “Apple”, iPad Pro modelini, Surface seriyasına cavab kimi istehsal edib.
“Biz
artıq uzun illərdi ki, öz 2-nin 1-də olan cihazlarımızı müşahidə edir və onları
təkmilləşdiririk. Lakin biz Surface-i təqdim edən zaman bir çoxları ona skeptik
yanaşmışdılar. Hətta “Apple” şirkəti də bu cihaza skeptik yanaşmışdı. Lakin
sonradan onlar bizim yolumuzla getdilər. iPad Pro buna bariz nümunədir” – deyə Ryan Gavin
bildirib. Gavin onu da qeyd edib ki, “Microsoft” öz məhsullarını, “Apple” şirkətinə
fikir vermədən istehsal edir. Onun sözlərinə əsasən əgər “Microsoft” həqiqətən
də rəqibin texnologiyalarına əsasən məhsul istehsal etsəydi, onda Surface Book
və Pro modelləri kimi cihazlar işıq üzü görməzdilər. Qeyd etmək lazımdır ki,
ilkin mərhələdə “Apple” şirkəti, iPad-ı, kontent istifadəsi üçün nəzərdə
tutulmuş multimedia cihazı kimi reklam edirdi. Xarici klaviatura və stilusa
sahib yeni iPad Pro-nun satışa çıxması ilə şirkət bu cihazı, noutbook əvəzedicisi
kimi təqdim edir.
Paylaş
Bənzər xəbərlər