main-post-cover

    Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!

    Digər
    25.06.2024
    Farid Pardashunas

         Məşhur texnologiya nəhəngi Microsoft, Avropa Komissiyasının böyük ittihamı ilə üzləşib. Şirkət 6 milyard dollar dəyərində cərimə ödəyə bilər.

         Bildiyiniz kimi, Microsoft-un yeni nəsil ofis proqramı olan Office 365, fərdi və ya şirkətlər üçün paket şəklində alına bilər. Hər iki halda da aldığınız Office 365 paketinə şirkətin məşhur kommunikasiya proqramı olan Teams də daxildir. Microsoft-un rəqib platformalarından biri olan Slack, şirkətin bu proqramla rəqabət qaydalarını pozduğunu iddia edir. Rəqib şirkətlərin fikrincə, Microsoft öz proqramlarının sərbəst seçiminə mane olur və bu səbəbdən şirkətin ciddi cəza alacağı gözlənilir.
         Avropa Komissiyası, Microsoft ilə bağlı bu ciddi şikayətləri dəyərləndirərək aydın bir mövqe tutub. Komissiya, ilkin araşdırmalardan sonra şirkətə rəsmi etiraz bildirişi göndərib və özlərini müdafiə etməsini tələb edib. Qarşıdakı dövrdə Microsoft üçün 2 yol görünür. Şirkət artıq ittihamları təkzib etdiyinə görə, özünü müdafiə etməli və sənədləri təqdim etməlidir. Əgər onlar müdafiə etməməyi seçsələr və ya müdafiələri Komissiya tərəfindən rədd edilsə, şirkəti fəlakət ssenarisi gözləyir. Bildirilir ki, belə hallarda çox sərt mövqe tutan komissiya, Microsoft-u illik dövriyyəsinin 10%-i qədər cərimələyə bilər. Microsoft-un keçən il dövriyyəsinin 62 milyard dollar olduğunu nəzərə alsaq, şirkətin 6.2 milyard dollar dəyərində cərimə oluna biləcəyi gözləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib
    Avropa Birliyi, Microsoft-u "uşaqların məlumatlarını oğurlayır" iddiası ilə ittiham edib!
    avropa-birliyi-microsoft-usaqlarin-melumatlarini-ogurlayir-iddiasi-ile-ittiham-edib
    Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
    windows-11-in-yeni-suni-intellekt-funksiyasi-kohne-komputerde-ise-salinib
    Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
    microsoft-sesinizi-teqlid-ederek-zenglere-cavab-veren-suni-intellekt-uzerinde-isleyir
    Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
    paint-de-fotolarin-suni-zeka-vasitesile-tertibati-funksiyasi-hami-ucun-istifadeye-verilib