Microsoft-un tanınmış rəhbəri Yusuf Mehdi 35 ildən sonra şirkətdən ayrılır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft-da 35 ildən çox çalışan və şirkətin istehlakçı yönümlü marketinq fəaliyyətlərinə rəhbərlik edən Yusuf Mehdi vəzifəsindən ayrılmağa hazırlaşır. Şirkətin icraçı vitse-prezidenti və istehlakçı marketinq direktoru olan Mehdi daxili məktubunda bildirib ki, Microsoft-dan ayrılmaq qərarı verib. Bununla belə, o, 2027-ci ilə qədər Windows, istehlakçılar üçün Copilot və Microsoft 365 istehlakçı biznesi üzrə marketinq fəaliyyətlərini davam etdirəcək.
Qeyd edək ki, Yusuf Mehdi Microsoft-da karyerasına 1990-cı illərdə təcrübəçi kimi başlayıb. O, ilk illərində Windows 3.1 və Windows 95 əməliyyat sistemlərinin təqdimatında iştirak edib, daha sonra Internet Explorer marketinqinə rəhbərlik edib. Mehdi həmçinin 10 ildən artıq müddətdə Microsoft-un axtarış və onlayn bizneslərinə rəhbərlik edib və Bing axtarış sisteminin yaradılmasında iştirak edən əsas şəxslərdən biri olub.
Paylaş