Logo
    main-post-cover

    Microsoft Word-də link əlavə etmək artıq bir neçə saniyə çəkəcək

    Digər
    09.01.2026
    Sevinc
         Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Word sənədlərində hiperlink əlavə etmə prosesini xeyli asanlaşdıran yeni bir funksiyanı istifadəyə verib. Artıq istifadəçilər link əlavə etmək üçün menyulara daxil olmağa və ya CTRL + K qısa yolundan istifadə etməyə məcbur qalmayacaqlar.
         Yeni funksiyaya əsasən, istifadəçi sadəcə linki kopyalayıb birbaşa linklənməsini istədiyi mətnin üzərinə yapışdırır və Word həmin mətni avtomatik olaraq hiperlinkə çevirir. Bu yenilik gündəlik sənəd işi ilə məşğul olanlar üçün vaxt itkisini minimuma endirir. Funksiya WordPress və digər mətn redaktorlarında artıq mövcud olan sürətli linkləmə sisteminə bənzəyir. Yenilik Word for Web, Windows və Mac versiyalarında işləyir.
          Microsoft bildirib ki, bu xüsusiyyət artıq Word-un veb versiyasında bütün istifadəçilər üçün aktivdir. Windows istifadəçiləri üçün Word versiya 2511 və daha yenisi, Mac istifadəçiləri üçün isə 16.104 və daha yuxarı versiya tələb olunur. İndi gözləntilər Google Docs-un da oxşar funksiyanı təqdim etməsidir.
    Paylaş