
Middle-earth: Shadow of War, rəsmi olaraq anons olunub (VİDEO)
Middle-earth: Shadow of Mordor oyununun ikinci hissəsi Middle-earth: Shadow of War oyunu gəlir.
Monolith Productions studiyası, "Warner Bros. Interactive Entertainment” şirkəti
ilə birlikdə Middle-earth:
Shadow of War oyununu anons ediblər. Oyun 22 Avqust tarixində Xbox One və PC,
24 Avqust tarixində isə PS4 üçün satışa çıxacaq. Yeni oyunda oyunçular, hamının
"The Lord of the Ring” film seriyasından tanıdığı məşhur üzüyün yeni
versiyasına sahib olacaqlar. Beləliklə onlar, Sauron da daxil olmaqla ən təhlükəli
düşmənlərlə qarşılacaqlar. Birinci oyundan olan iki əsas personaj bu dəfə də
qayıdacaqlar. Bu dəfə baş qəhrəmanlar uzaq yerlərə yollanaraq böyük ordu
yığmalı və bütün Mordoru, əsas düşmənə tərəf çevirməlidirlər.
Paylaş
Bənzər xəbərlər